"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Müsabiqəyə təqdim olunan işlər

İpək yolu

Müəllif Nasirov Ramiz 0 Şərh

Nominasiya: Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd

FAYL -

Sizə təqdim edilən bu iş oyun-trenajor xarakterlidir. Ümumtəhsil məktəblərinin şagirdləri və müəllimlərin istifadəsi üçün nəzərdə tutulmuşdur. Bu oyun-trenajorun ilkin variantı mənim tərəfimdən 20012-ci ildə müsabiqəyə təqdim edilmişdi. Bu versiya isə təkmilləşdirilmiş son versiyadır. Oyun-trenajor erkən orta əsrlər dövrünü əhatə edir. Oyunda iştirak etmək istəyən şəxslər İpək yolunun başladığı Çindən Avropaya qədər olan uzun bir yol boyu səyahətə çıxmış olurlar. Səfərə çıxmış yolçu keçdiyi dövlətlərin ərazisində həmin dövlətə aid suallara cavab verərək yola davam edə bilər. Səhv cavab halında hər şeyə yenidən başlamaq lazımdır. Təklif edilən suallar test formasındadır və cavab variantları qey edilən sahə cari dövlətə aid simvolun şəklindən(gerb və ya bayraq) ibarətdir. Belə formanın seçilməsi öyrədici xarakter daşıyır. Oyun-trenajorun məzmunu 7-ci sinif Azərbaycan tarixi, Ümumi tarix və dünyagörüşünü əhatə edir. Ümid edirəm ki, Sizlərə təqdim etdiyim bu iş tədris prosesində sizə yardımçı bir vəsait olacaqdır.


Paylaş


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər