"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Müsabiqəyə təqdim olunan işlər

Elektromaqnit induksiya hadisəsinin öyrənilməsi

Müəllif Əfəndiyev Rahib 0 Şərh

Nominasiya: I Nominasiya. Ən yaxşı müəllim işi 3 (üç) istiqamət üzrə: - Fizika fənni üzrə ən yaxşı təcrübə işi

FAYL -

https://youtu.be/AbdSrUlsPdY
Cihaz və materiallar: sarğac, birləşdirici məftillər, zolaqlı maqnit, labdisk, notebook. İşin əsas məqsədi qapalı keçirici konturda yaranan induksiya cərəyanının istiqamətinin və induksiya cərəyanının şiddətinin nədən asılı olmasını araşdırmaqdır. Əvvəlcə labdiski işə salıb gərginlik düyməsini sıxırıq.Sonra seçmə düyməsi ilə aşağı gərginliyi seçirik.Bundan sonra labdiski USB kabel vasitəsilə notebook-la əlaqələndiririk.Sarğacı birləşdirici məftillər vasitəsilə labdiskin xarici sensoruna birləşdiririk.Bundan sonra Globilab proqramını aktivləşdirib labdisk piktoqramını seçirik.Açılan pəncərədə millivoltmetri seçirik.Sonra ölçmə tezliyini 1/25 san,ölçmə sayını 10000 seçirik.Bundan sonra ölçməyə qaçan adam piktoqramını seçməklə başlayırıq.Əvvəlcə maqnitin cənub qütbünü sarğaca daxil edib çıxarırıq.Ekranda gərginliyn işarəsinə görə cərəyanın istiqamətini qeyd edirik.Maqniti sarğaca daxil edəndə və çxaranda cərəyanın istiqaməti haqqında nəticə çıxarırıq.Maqnitin qütblərini dəyişərək təcrübəni təkrar edirik.İnduksiya cərəyanının istiqaməti , konturdan keçən selin artıb azalması və maqnit xətlərinin istiqaməti arasında əlaqə tapırıq.Növbəti mərhələdə birinci dəfə sarğacı kontura yavaş yavaş daxil edib şıxarırıq,ikinci dəfə isə sürətlə daxil edib çıxarırıq.İnduksiya cərəyanının şiddəti və konturdan keçən maqnit selinin dəyişmə sürətindən asılılığı nümayiş etdiririk.


Paylaş


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər