"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Müsabiqəyə təqdim olunan işlər

''Birgə öyrənək''

Müəllif Rzayeva Aytac 0 Şərh

Nominasiya: Təhsildə ən yaxşı İnternet resursları

FAYL -

http://bpmtt.edu.az/
Hörmətli "Elektron Təhsil " Respublika Müsabiqəsinin bütün təşkilatçıları mən ilk növbədə sizə ölkəmizdə təhsilin müasir texnologiyalarla istifadəsinə əsaslanan dinamik inkiişafına , regionlararası müəllim kontigentinin genişləndirilməsində böyük rolu olan bu möhtərəm müsabiqənin hər il bir-birindən fəqli , maraqlı , yeni nominasiyalarla keçirdiyiniz, istedadı olan təhsil işçilərini üzə çıxardığınız , dəyərləndirdiyiniz,metodiki bilik və bacarıqların yayılmasında əvəzsiz rolunuz üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyinin tabeçiliyindəki peşə mərkəz və liseylərinin müəllimləri adından dərin təşəkkürümüzü bildirəm. Bilirik ki , Cənab Preziden İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması ölkənin iqtisadi rifahı naminə insan resurslarından daha effektli faydalanmasında xüsusi rolu olan peşə təhsilinin inkişafında əsaslı dönüş yaratdı. Düşünürəm ki , təhsilin vacib elementi kimi peşə təhsilinin yüksək ixtisaslı aparıcı mütəxəssislər qrupunun formalaşmasında , ölkənin iqtisadiyyatının , siyasi strukturunun möhkəmləndirilməsi islahatına dəstək olaraq böyük rol oynayır. Müsabiqədə iştirak etməkdə məqsədim müəllifi oldugum bpmt.edu.az internet resursu ilə yeni diaqnostik qiymətləndirmədən keçən peşə ixtisasının üç illik qruplarının ümumtəhsil fənnlərini tədris edən müəllimlərin yeni fənn kurikulumu bilikləri ehtiyacını , İKT- dən istifadə bacarıqlarını artırmaqdır. bpmtt.edu.az saytı peşə təhsilində yeni ixtisas proqram və planlarının çatışmamazlığını aradan qaldıran , online dərs nümayişləri , nümunəvi müəllim icmaları və portfoliolarının nümayişi , müasir tədrisin bütün tələblərinə uyğun olan metodiki tövsiyə xarakterli vəsait, bloq , layihə , faydalı resurslar , elmi məqalələrin və s. yayımlanması baxımından bütün təhsil işçiləri üçün faydalı olacaqdır. Hər bir iştirakçıya uğurlar ! Hörmətlə : Aytac Rzayeva​


Paylaş


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər