"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Müsabiqəyə təqdim olunan işlər

Cəlil Məmmədquluzadə yaradıcılığı

Müəllif Əsədov Rauf 0 Şərh

Nominasiya: Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası

FAYL -

https://youtu.be/b3l0luco0O4
Təqdim etdiyim distant dərs nümunəsi şagirdlərin ədəbiyyat fənnindən XI sinif proqramı üzrə keçdiyi C.Məmmədquluzadənin yaradıcılığı mövzusunda öyrəndiklərinin müzakirəsindən və yarışma-oyun formatında hazırlanmış viktorinadan ibarətdir.Layihəyə cəlb olunmuş şagirdlər təkcə dərslikdən deyil,eyni zamanda kitabxana və internet resurslardan da istifadə edərək müəllifin zəngin yaradıcılıq irsi ilə yaxından tanış olub və eyni zamanda youtube.com saytından müəllifin əsərlərinə çəkilmiş filmləri də izləyiblər.Layihənin yekunu olaraq isə mövzunun virtual müzakirəsi və şagirdlərin viktorinada iştirakı təşkil olunub.Dərsin gedişini əks etdirən video üç hissədən ibarətdir.1-ci hissə müəllifin əsərlərinin məzmununun birgə müzakirəsi,2-ci hissə şagirdlərin viktorinada iştirakı,3-cü hissə onların distant formada keçdikləri dərs haqqında təəssüratları.Ancaq mövzunun müzakirəsini və şagirdlərin təəssüratlarını əks etdirən videolarda şagirdlərin səsi videoçəkliş etdiyim (Faststone Capture) proqramının imkanlarından xaric olaraq çox zəif eşidilir.Bu səbəbdən yerləşdirdiyim link ancaq dərsin viktorina hissəsini əhatə edir.Əvvəlcədən Web 2.0 alətlərində hazırladığım viktorinada iştirak qaydaları haqqında şagirdləri təlimatlandırıram.Viktorina www.kahoot.it Web 2.0 alətində hazırlanmışdır.Viktorinanın aparılması üçün oyunu idarə edən-müəllim və oyunçular-şagirdlər eyni vaxtda saytda daxil olur.Müəllim viktorinanı öz hesabından daxil olmaqla başladır və şagirdlərə giriş kodlarını təqdim edir.şagirdlər isə ancaq sayta oyunçu pəncərəsindən daxil olmaqla giriş kodu və adlarını uyğun pəncərələrə daxil edirlər.Beləliklə viktorina start vəziyyətinə gətirilir.Skype proqramının ekran paylaşma imkanından istifadə etməklə sual və variantları öz kompüterimin monitorundan şagirdlərə nümayiş etdirirəm.Şagirdlər də öz növbəsində doğru hesab etdikləri variantı öz kompüterlərinin monitorunda açılan pəncərədən cavablandırırlar.Oyunda hər bir sual üzrə ən tez cavab verən və yekunda ən çox bal toplayan iştirakçı qalib sayılır.Ümumiyyətlə Cəlil Məmmədquluzadənin əsərlərinin müzakirəsinin distant təhsil formasında təşkili,burada İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi şagirdləri həqiqətən həvəslə öyrənməyə sövq etdi.Əmin olmaq olar ki,bu formatda dərslərin davamlı təşkili və şagirdlərin tədrisdə innovativ texnologiyalardan istifadəyə olan maraq onların öyrənmə motivasiyasını əhəmiyyətli dərəcədə artıracaq.


Paylaş


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər