"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Azərbaycan dilindən didaktik materiallar.

Müəllif Xudiyeva Günəş | 0 Şərh

Nominasiya: Təhsildə ən yaxşı İnternet resursları


https://learningapps.org/user/g%C3%BCn%C9%99%C5%9F%20xudiyeva
Bu internet resursu yaratmaqda məqsədim təlim müvəffəqiyyətinin artırılmasına nail olmaqdır.Mən Azərbaycan dili fənninin müxtəlif mövzuları üzrə interaktiv tapşırıqlar, didaktik materiallar,elmi-əyləncəli oyunlar hazırlamışam.Onların elektron lövhələrdə, ipad-lərdə və s. rahat istifadəsi mümkündür.Tapşırıqlar düzgün həll edilərsə, sonda şagirdlər müxtəlif sürpriz videolarla qarşılaşırlar ki, bu da saytın Youtube kanalına bağlanması vasitəsi ilə olur. Bütün bunlar təhsilalanların dünyagörüşünü inkişaf etdirir,onların düşünmə, tətbiqetmə,tədris materialını dərindən dərketmə qabiliyyətini artırır. Resursdan V- XI sinif şagirdləri və müəllimlər istifadə edə bilərlər. Hazırda bu materiallardan özüm dərslərimdə istifadə etməklə yanaşı, respublikamızın müxtəlif bölgələrində,həmçinin Gürcüstan,Türkiyə və digər ölkələrdə müəllimlər və şagirdlər geniş istifadə edirlər. Hətta yaratdığım tapşırıqlar istifadəçilər tərəfindən yüksək qiymətləndirilmişdir.Sayta daxil olarkən bu, aydın müşahidə olunur.


Geri qayıt


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər