"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

"İnteraktiv Ədəbiyyat Xəritəsi"

Müəllif Əmirquliyeva Lalə | 1 Şərh

Nominasiya: Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs

FAYL -

https://drive.google.com/file/d/0B_WDl9qdt2T3OF9TX0d2MkZxUm8/view?usp=sharing
Müsabiqədə iştirak edən bütün iştirakçıları salamlayır,sizə uğurlar arzulayırıq!Biz,Beyləqan rayonu,İ.Qurbanov adına II Aşıqlı kənd tam orta məktəbin X sinif şagirdləri-Əmirquliyeva Lalə,Əhmədzadə Səma və Abbaszadə Aynurə bu resursu Azərbaycan ədəbiyyatına marağı olan həmkarlarımız,eləcə də hər bir kəsin istifadəsi üçün hazırlamışıq. Düşünürük ki,Azərbaycan yazılı ədəbiyyatının nümayəndələrinin doğulub,boya-başa çatdığı yerlər,onların keşməkeşli həyat yolu və yaradıcılıq fəaliyyətləri haqqında müxtəlif mənbələrdə olan məlumatları vahid bir interaktiv məlumat bazasında toplamaqla sizin çox rahat və əyləncəli öyrənmənizə az da olsa kömək etmiş olacağıq.Resursun ərsəyə gəlməsində 500-dən artıq slayddan istifadə olunub.Burada haqqında internet mənbələrdə (əsasən www.azwikipedia.org saytında) məlumatlar olan 300-dən çox azərbaycanlı şair və yazıçı haqqında məlumat vermişik.Resursun interaktivliyi bundadır ki,biz Azərbaycanın fiziki xəritəsində şəhər və rayonlarımızı yerləşdirmiş,bu şəhər və rayonları MS Power Point proqramının hiperkeçid imkanlarından istifadə etməklə ədiblərimizin həyat və yaradıcılığı haqqında məlumat yerləşdirdiyimiz slaydlarla əlaqələndirmişik.Siz bu şəhər və rayonların üzərində siçanın sol düyməsini vurmaqla həmin məkanlarda dünyaya göz açan ədiblərimiz haqqında ətraflı məlumatlarla tanış ola biləcəksiniz.İnanırıq ki,”İnteraktiv ədəbiyyat xəritəsi” ədiblərimiz,onların doğulub,boya-başa çatdığı yerlər,həyat və yaradıcılıqları haqqında daha çox məlumat əldə etməyiniz üçün sizə faydalı olacaqdır.


Geri qayıt


Şərhlər

Rauf Əsədov

19 Noy 2017 23:00

Hər birinizi nominant olmağınız münasibətilə təbrik edirəm!Ç\kdiyiniz zəhmətə və bu işə necə məsuliyyət və həvəsləy yanaşmağınıza dəyər.
Sizi qaliblər sırasında görmək ümidi ilə uğurlar!


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər