"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

''Birgə öyrənək''

Müəllif Rzayeva Aytac | 12 Şərh

Nominasiya: Təhsildə ən yaxşı İnternet resursları

FAYL -

http://bpmtt.edu.az/
Hörmətli "Elektron Təhsil " Respublika Müsabiqəsinin bütün təşkilatçıları mən ilk növbədə sizə ölkəmizdə təhsilin müasir texnologiyalarla istifadəsinə əsaslanan dinamik inkiişafına , regionlararası müəllim kontigentinin genişləndirilməsində böyük rolu olan bu möhtərəm müsabiqənin hər il bir-birindən fəqli , maraqlı , yeni nominasiyalarla keçirdiyiniz, istedadı olan təhsil işçilərini üzə çıxardığınız , dəyərləndirdiyiniz,metodiki bilik və bacarıqların yayılmasında əvəzsiz rolunuz üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyinin tabeçiliyindəki peşə mərkəz və liseylərinin müəllimləri adından dərin təşəkkürümüzü bildirəm. Bilirik ki , Cənab Preziden İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması ölkənin iqtisadi rifahı naminə insan resurslarından daha effektli faydalanmasında xüsusi rolu olan peşə təhsilinin inkişafında əsaslı dönüş yaratdı. Düşünürəm ki , təhsilin vacib elementi kimi peşə təhsilinin yüksək ixtisaslı aparıcı mütəxəssislər qrupunun formalaşmasında , ölkənin iqtisadiyyatının , siyasi strukturunun möhkəmləndirilməsi islahatına dəstək olaraq böyük rol oynayır. Müsabiqədə iştirak etməkdə məqsədim müəllifi oldugum bpmt.edu.az internet resursu ilə yeni diaqnostik qiymətləndirmədən keçən peşə ixtisasının üç illik qruplarının ümumtəhsil fənnlərini tədris edən müəllimlərin yeni fənn kurikulumu bilikləri ehtiyacını , İKT- dən istifadə bacarıqlarını artırmaqdır. bpmtt.edu.az saytı peşə təhsilində yeni ixtisas proqram və planlarının çatışmamazlığını aradan qaldıran , online dərs nümayişləri , nümunəvi müəllim icmaları və portfoliolarının nümayişi , müasir tədrisin bütün tələblərinə uyğun olan metodiki tövsiyə xarakterli vəsait, bloq , layihə , faydalı resurslar , elmi məqalələrin və s. yayımlanması baxımından bütün təhsil işçiləri üçün faydalı olacaqdır. Hər bir iştirakçıya uğurlar ! Hörmətlə : Aytac Rzayeva​


Geri qayıt


Şərhlər

Əjdər Ağayev

23 Dek 2017 19:00

Mən sənin bacarığına və işgüzarlığına inanırdım Aytac qızım.Bu gün öz çalışqanlığın, təhsilə verdiyin dəyər və mübarizliyin nəticəsində sən böyük bir peşə təhsili mərkəzinin idarəedicilərindən birisən.Səni bu inkişafınla daha yüksəklərdə görmək arzusu ilə uğurlar diləyirəm!

Aytac Rzayeva

18 Dek 2017 22:00

Hörmətli həmkərlar və təhsil işçiləri , məni izlədiyiniz , zaman ayırıb fikirlərnizi bildirdiyiniz üçün sizlərə təşəkkürümü bildirirəm

Samirə Cabbarova

17 Dek 2017 22:00

Hörmətli Aytac müəllim çox xoşuma gəldi "Birgə öyrənək " adlı tədris saytınız.Peşə təhsilinin inkişafına xüsusi önəm verilir hal-hazırda.İzlədim və mərkəzinizdə inkluziv tədrisin tətbiqi, ümumtəhsil tədrisindən açıq dərslərin təşkili, maraqlı və aktual tədbirlər çox gözəldir və siz nümunəvi Peşə Təhsil-Tədris Mərkəzi ola bilərsiniz digər Peşə Məktəblərinə.İLK Peşə Təhsili saytı kimi sizə birincilik arzu edirəm...

Pərviz Əliyev

10 Dek 2017 23:00

Aytac xanım , müsabiqədə izlədiyim tədris resursları içərisində bu ilin ən zəngin internet resursu olaraq sizin saytınızı gördüm.Peşə liseylərinin saytına rast gəlməmişəm, səhv etmirəmsə bi ilk peşə təhsili saytıdır müsabiqədə..İzlədikcə yenilkçi , ümumtəhsilin standartlara uyğun tədrisi, maraqlı tədbir və layihələrinizlə bol bir mərkəz kimi gördüm sizi.Çox maraqlıdır , çünki , peşə təhsilinin inkişafına çox yer ayrılır indi, ölkə prezidentinin prioritet layihəsi kimi peşə təhsili mərkəzlərinə və sizə uğurlar arzu edirəm.Qalib olmağa layiqli saytdır!

Dilarə

1 Dek 2017 22:00

Aytac müəllimə peşə təhsilinin bu cür inkişaf etdiyini gördüm sizin saytda çox sevindim.Uzun illər bu sahədə çalışmışam baş usta vəzifəsində.Çox sağ olun ki, peşə təhsilinin üstünə düşmüsünüz , qaldırırsınız.Zəif oxuyan , imkansız hər bir uşağın peşə sahibi olmaq onun haqqıdır.Uğurlar arzu edirəm sizə

Təranə Əliyeva

27 Noy 2017 00:00

Hər zaman olduğu kimi çox fərqli , innovativ yanaşma görürəm sizin işlərinizdə.Qısa zaman ərzində peşə təhsilində üç istiqamət və belə nəticə əldə etmək gözəl uğurdur.Açıq dərslərinizi , layihələrinizi izlədim , nümunəvi saytdır.Əminəm ki , peşə təhsili bu cür inkişafla zəif  oxuyan şagirdləri fəhlə kadrı kimi yetişdirməyəcək .Peşənin inkişafı iqtisadiyyatın inkişafıdır.Uğurlar sizinlə fəxr edirəm köhnə iş yoldaşı kimi !

Mahir

19 Noy 2017 23:00

Hörmətli Aytac xanım , bildiyimiz kimi Peşə Təhsili ümumtəhsil, ixtisas , peşəyönümlü tədrisə  bölünməklə üç qola ayrılır.Maraqlı olduğu qədər də çətin, məsuliyyətli , ağır sahədir.Məhz buna görədir ki, bu gün peşəni inkişaf etdirmək ölkımizin iqtisadiyyatını inkişaf etdirmək deməkdir.Peşə təhsili ölkənin ən təlabatlı sahələrindən biri kimi 2017-2018-ci tədris ili Təhsil Nazirliyinin strateji xəttidir.Peşə Təhsili Agentliyi yarandığı gündən bu sahadə yenidənqurma islahatları aparılır və bu sahənin dinamik inkişafında sizin kimi gənclərin rolu böyükdür.Mən sizin istedadlı bir müəllim olduğunuzu eşitmişdim .Müsabiqyə təqdim etdiyiniz tədris resursu bpmtt.edu.az çox nümunəvi saytdır.Saytda ümumtəhsil bölməsi açıq dərslər , plan və proqramlarla yanaşı yeni peşə ixtisaslarının plan və proqramlarını , online testlər , interaktiv tapşırıqlar yayımlayırsınız.Sizə uğurlar arzu edirəm və inanıram ki , Texnika Və Texnologiyalar Üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi sizinlə çox uğurlara imza atacaq digər peşə təhsili mərkəzlərinə dəstək olacaqsınız!

Lamiyə

12 Noy 2017 21:00

Salam Aytac xanım biz sizi müəllim qruplarında  tez-tez interaktiv dərs və tapşırıq nümunələri paylaşan fəal müəllim kimi tanıyırıq və yeniliklərinizi izləyir , bilmədiklərimizi öyrənirik.Mən sizin  bu il müsabiqəyə təqdim etdiyiniz BPMTT.edu.az saytınızı izlədim və sözün düzü çox təəccübləndim.Çünki , peşə məktəblərinin bu qədər inkişaf etdiyindən xəbərsiz idik.Sizin saytınız insanların peşə haqqında yalnış fikirlərini alt-üst etdi məncə.Saytınızı play marketlə də asanlıqla açıb davamlı izləyirəm.Olduqca maraqlı,innovativ və ürəkaçan bir saytdır.Xüsusilə ümumtəhsil və ixtisas proqramlarının üzərində endir düyməsini vuraraq yükləmək , peşə və ümumtəhsil proqram testlərindən istifadə etmək funksiyasını çox bəyəndim.Bu uğurlu sayt münasibətilə sizi təbrik edirəm və müsabiqədə uğurlar arzu edirəm!

Fidan

4 Noy 2017 09:00

Aytac müəllimə  siz bizim ən sevimli müəllimlərimizdən biri olmusunuz.Bu gün bizə dərs deməməyinizə üzülsək də , sizin yeni  vəzifənizi və uğurlu iş fəaliyyətinizi dəstəkləyirik .Mən çox xoşbəxtəm ki , mənə sizin kimi müəllim dərs deyib.Əziz müəllimim biz sizdən çox yeniliklər öyrəndik buna görə çox sağ olun.
Saytınız çox gözəl , innovativ və maraqlıdır.Müəllim-usta heyəti , qruplar bölümü çox maraqlıdır .ilk dəfədir ki , belə maraqlı məktəb  saytı görürük.Mən inanıram ki , siz peşə təhsilinin inkişafı üçün çox uğurlara imza atacaqsınız !
Sizin ən sevimli şagirdlərinizdən olan Fidan Əfəndizadə

Arifə Rasulova

2 Noy 2017 01:00

Aytac müllimə sizin kimi innovativ , bacarıqlı müəllim və rəhbərlərə bu gün Azərbaycan təhsilinin böyük ehtiyacı var. Peşə Təhsili çox maraqlı sahədir çox bəyəndim zəngin resurslar , yeni ixtisas proqramları əlavə etmisiniz.Sizə təşəkkürlər və uğurlar !

Səhifələr: 1 2 Növbəti

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər