"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Müsabiqəyə təqdim olunan işlər

UŞAQLARIN MÜTALİƏSİNİN TƏŞKİLİNDƏ KİTAB SEÇİMİ və ONUN İDARƏ EDİLMƏSİ

Müəllif Verdiyev İmran | 0 Şərh

Nominasiya: Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd

FAYL -

Ölkə daxilində və xaricdə aparılmış tədqiqatların nəticələrinə, uzun illər “Kurikulum” , “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnallarında, “Azərbaycan müəllimi”, “Təhsil problemləri” və digər qəzetlərdə, jurnallarda çap olunmuş məqalələrimizə, sınaqdan keçmiş şəxsi təcrübəmizə istinadən hazırladığımiz “UŞAQLARIN MÜTALİƏSİNİN TƏŞKİLİNDƏ KİTAB SEÇİMİ və ONUN İDARƏ OLUNMASI” mövzusunda metodik tövsiyəni diqqətinizə təqdim edirik. Metodik tövsiyə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşması ilə bağlı tədbirlər barədə” 16.XII.2014-cü il tarixli əmrinin icrasında müəllim, kitabxanaçı və valideynlərə (həmçinin digər maraqlı şəxslərə) köməklik məqsədi ilə hazırlanmışdır. Layihə “PowerPoint” proqramında elektron sənəd kimi təqdim olunur. Burada layihənin məqsədi qeyd edilməklə yanaşı, şəxsiyyətin formalaşma- sında mütaliənin rolu, düzgün kitab seçimini zəruri edən əsas amillər, uşaqların tövsiyə siyahıları üzrə və müstəqil mütaliəsi, kitab tövsiyə siyahılarının tərtibinə verilən ən vacib tələblər və şagirdlərin müstəqil oxusunda diqqət edilməsi gərəkən nüanslar, həmçinin seçilmiş kitabların səmərəli mütaliəsinin təşkili barədə yığcam göstəriş, təklif və məsləhətlər verilmiş, sonda tövsiyələrin gerçəkləşdirilicəyi təqdirdə əldə olunacaq nəticələr qeyd olunmuş, istifadə edilmiş mənbələr konkret göstərilmişdir. Maraqlananlar qoyulmuş keçidlərdən istifadə etməklə internet bağlantısı, illüstrativ və qrafik, video və audio materiallar, cədvəl və lüğətlərin köməyi ilə daha geniş məlumat almaq imkanına malikdirlər. Metodik tövsiyənin mütaliədə əsas şərt olan düzgün kitab seçimi ilə əlaqədar valideyn, müəllim və kitabxanaçılar üçün faydalı olacağını düşünürük. Hörmətlə, müəllif ©


Geri qayıt


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər