"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

web2azerbaijan.wordpress.com- Təhsildə web 2.0 texnologiyalarından istifadə

Müəllif Əliyev Elvin | 8 Şərh

Nominasiya: Təhsildə ən yaxşı İnternet texnologiyaları

FAYL -

https://web2azerbaijan.wordpress.com
Hörmətli istifadəçilər. Bu blog ölkəmizdə təhsil sahəsində aparılan islahatlara, layihələrə dəstək vermək, müəllimləri, təhsil sahəsində çalışan şəxslərin peşəkar inkişafını təmin etmək məqsədi ilə yaradılmışdır. Bloqda bugün dünya təhsil sistemində istifadə olunan ən son resurslar, üsullar, təhsildə istifadə olunan internet texnologiyaları haqqında məlumatlar, təqdimatlar, məqalələr və video dərslər yerləşdirilir. Bloqu digər eyni tipli bloqlardan fərqləndirən əsas xüsusiyyət bloqda yeni ideyaların, resursların paylaşılmasıdır. Bloqda dərs və tapşırıq hazırlamaq üçün olan resurslar, qiymətləndirmə zamanı istifadə etmək üçün olan resurslar, müəllim - şagird- valideyn əlaqəsini təmin etmək üçün resurslar , “1 şagird 1 kompüter ” layihəsində istifadə oluna biləcək resurslar, tədrisdə planşetlərdən, lövhələrdən istifadə zamanı faydalı olacaq resurslar, öyrədici oyunlar, faydalı saytlar haqqında məlumat verilmişdir. Bloqdan təhsil sahəsində çalışan hər bir kəs: müəllimlər, müəllim olmaq arzusunda olan məzunlar, pedaqoji sahədə çalışan şəxslər istifadə edə bilər.


Geri qayıt

Paylaş


Şərhlər

Elvin Əliyev

7 Dek 2015 12:00

Çox sağ olun fikirlərinzə görə, məndə müsabiqə iştirakçılarının hər birinə uğurlar arzulayıram.

Şahanə Bədəlova

29 Noy 2015 20:00

Düşünürəm ki mənim kimi hər bir pedaqoji şəxsin köməyinə gələcək bloqunuz. Çox sağolun bu bloqa görə!

Şahanə Bədəlova

29 Noy 2015 20:00

Təbrik edirəm sizi. Həm hazırladığınız bloq münasibəti ilə və həm də nominantlara düşməniz münasibətilə. Özümlə bərabər nominantların hər birinə uğurlar diləyirəm.

Ruhən Hüseynova

29 Noy 2015 12:00

Elvin müəllim faydalı bloqa görə sizə öz təşəkkürümü bildirirəm. İnanıram ki birinci olarsınız.

Elvin Əliyev

29 Noy 2015 12:00

Diqqətinizə görə hər birinizə öz təşəkkürümü bildirirəm

Səbinə Rəhimova

28 Noy 2015 01:00

Sizin işlərdən yararlanırıq. Təşəkkür edirik. Uğurlar sizə

Vəfahuseynova

4 Noy 2015 09:00

Cox maraqlı və güzəl dizaynlı  saytdır.İnshallah layiqli yeri tutacaqsiz.Uğurlar hər zaman sizinlə olsun!

Gülnar İbadlı

3 Noy 2015 16:00

Düşünürəm ki, bloqunuzdan həm müəllimlər, həm şagirdlər eyni zamanda web texnologiyalardan isifadə edən digər şəxslər rahatlıqla yararlana biləcəklər.
Dizayn baxımından olduqca diqqət çəkici olması, eyni zamanda rahat və anlaşıqlı izahınız bloqdan daha çox insanın faydalanmasına zərurət yaradır.
Ümidvaram ki, hazırladığınız web2azerbaijan.wordpress.com bloqu "Təhsildə ən yaxşı İnternet texnologiyaları" nominasiyasında layiqli yeri qazanacaq.
Uğurlar!!!


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər