"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Coğrafiya 6-cı sinif, Atmosferin quruluşu.

Müəllif Əhmədova Güldəstə | 0 Şərh

Nominasiya: Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs

FAYL -

Mən Əhmədova Güldəstə Məhəmməd qızı Bərdə rayon 8 saylı orta məktəbdə coğrafiya müəllimi işləyirəm. Öz fənnimi sevirəm və şagirdlərimə sevdirməyə çalışıram. Buna görə də yeni tədris metodlarını öyrənmək və dərsimdə tətbiq etmək istəyirəm. XXI əsr yüksək kompyuter texnologiyaları əsridir. Ona görə də müasir dövrdə müəllim daim öz üzərində işləməli və yeni təlim texnologiyaları haqqında geniş biliyə malik olmalıdır. Belə ki, tədris prossesində müasir texnologiyaların imkanlarından istıfadə etməklə tədrisi daha maraqlı və səmərəli etmək olar. Elektron Təhsil Resursları –keçirilən dərslərin keyfiyyətini, elmi intensivliyini, şagirdlərin fəallığını artırmaq üçün bir vasitədir. Coğrafiya fənninin tədrisində yeni texnologiyalardan istifadə şagirdlərin dərsə marağını daha da artırır. Heç kəsə sirr deyilki, coğrafiya dərslərində şagirdlər xəritə üzərində işləməyi daha çox sevirlər. Elə mövzular var ki, burada xəritə üzərində iş geniş yer tutmur .Belə mövzulardan biridə “Atmosferin quruluşu”, VI sinifdə tədris olunan mövzudur. Belə mövzuların tədrisində sxemlər, şəkillər, qrafiklər, cədvəllər və s. əsas yer tutur. Belə mövzularda kompyuter texnologiyasından istifadə etməklə dərsi daha maraqlı etmək olar. Tapşırıqların slaydlar şəklində şagirdlərə təqdimatı, sxemlərin, iş vərəqlərinin hazırlanması mövzunun daha səmərəli tədrisinə şərait yaradır. İnanıram ki, hazırladığım iş vərəqləri, dərsdə şagirdlərin öyrəndikləri biliklər əsasında yeni anlayışın alınması (atmosfer) və yeni mövzuda öyrəndikləri biliklər əsasında (atmosfer) bu anlayışın təkrar alınması şagirdlərin marağına səbəb olacaq. Müsabiqədə hamıya uğurlar arzulayıram.


Geri qayıt

Paylaş


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər