"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Informatika 6-cı sinif. Alqoritmin növləri

Müəllif Səmədova Nuridə | 0 Şərh

Nominasiya: Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs

FAYL -

Mən – Səmədova Nuridə Əli qızı 1989 –cu il iyunun 20- də Qəbələ rayon Tüntül kəndində anadan olmuşam. 1995- ci ildə həmin kəndin orta məktəbinin birinci sinfinə daxil olmuş və 2006-cı il məktəbi bitirmişəm. 2006 –cı ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının “Riyaziyyat və İnformatika” fakultəsinə qəbul olmuşam və 2010- cu il bu fakultəni bitirmişəm. 2011-ci ildən başlayaraq Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbində müəllim kimi fəaliyyət göstərirəm. Mən informatika fənnindən VI sinifdə “Alqoritmin növləri” mövzusunda dərs keçərkən əsas məqsədim şagirdlərin əvvəlki illərdə alqoritmin növləri (budaqlanan alqoitm) haqqındakı məlumatı genişləndirməkdir. Bu dərs zamanı şagirdlər alqoritmin növlərini sadalamalı, alqoritmin növlərini haqqında əvvəlki illərdən fərqli olaraq geniş informasiya toplamalı, budaqlanan alqoritmlərə aid məsələləri çətinlik çəkmədən həll etməlidir. Eyni zamanda xətti alqoritmə aid olan məsələləri budaqlanan alqoritmə çevirərək budaqlanan alqoritmin bulok- sxemində işləməlidir. Həmçinin şagird fərdi olaraq həm xətti, həm də budaqlanan alqoritmlərin ayrı- ayrılıqda blok-sxemlərini tanımalı və çəkməlidir.


Geri qayıt

Paylaş


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər