"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Wild animals

Müəllif Seyidova Hədiyyə | 3 Şərh

Nominasiya: Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs

FAYL -

İKT-nin inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da keyfiyyətli, səmərəli dərs təşkil etmək üçün elektron dərslərə üstünlük verir. Bu cür dərslər daha maraqlı, məzmunlu, rəngarəng, daha dolğun şəkildə olur. Bu tip dərslər şagirdi işləməyə, düşünməyə, axtarıcılığa, yaradıcılığa, tənqidi və yaradıcı təfəkkürün inkişafına şövq edir. Özümü şanslı insanlardan biri hesab edə bilərəm ki, rayonumuza verilən iki ağıllı lövhədən biri məhs mənim dərs dediyim sinif otagöna qurulub .Mənim sinfimdə bu lövhə quruldugu gündən dərslərim daha maraqlı, daha canlı şəkildə keçirilir. Bu lövhə üçün çox dərslər hazırlamışam. Dərsləri qurarkən həm metodiki, həm də texniki baxımdan şagirdlərin yaş xüsusiyyətlərin nəzərə alıram. İnteraktiv, şagirdləri lövhədə işlədə biləcək tapşırıqlar hazırlayıram. Müəyyən treninq, təlimlərə ehtiyac duyulur. Ancaq bu çətinliklərə baxmayaraq özünü 21-ci əsrin fəal müəllimi hiss edərək düşünürəm ki, bu səddi aşmalıyam. İn şə ALlah ki bu dərsimdə qəbul olmuş dərslərdən biri olmasada seçilmiş dərslərdən biri olar.


Geri qayıt

Paylaş


Şərhlər

Qasımova Aygün

23 Noy 2015 11:00

Əzizim Hədiyyə müəllimə,arzu edirəm ki,daima ən yüksək yerləri tutasınız.Siz buna laiqsiniz!

Həsənova Şəlalə

12 Noy 2015 11:00

Hədiyyə müəllimə,ağıllı lövhə ilə keçirdiyiniz dərslər rayonumuzdakı müəllimlərə bir nümunədir,örnəkdir.Arzu edirəm ki,belə yaradıcı dərsləriniz çox olsun,Uğurlarınız bol olsun!Bu müsabiqədə layiqli yerlərdən birini tutmağı arzu edirəm.Fəxr edirik ki,rayonumuzda İKT yönümlü avadanlıq və proqramlarında işləyə bilən Hədiyyə müəllimə kimi müəlliməmiz var!
Hörmətlə 3Nli orta məktəbin ibtidai sinif müəllimi Şəlalə

Kazim Mamedov

6 Noy 2015 22:00

Öncəliklə Hədiyyə müəllimə sizə minnətdarlığımı bildirirəm onun üçün ki hər zaman Sağlam gəncliyin formalaşmasında sözün əsl mənasında peşəkar iştirak etmisiz və hətta işi təşkil etmisiz. Bu cür dərsləri istər şəhər istərsə də kənd şagirdləri üçün təşkil edirsiniz. əbəs yerə deyil ki ağıllı lövhənin biri məhz sizin dərs dediyiniz sinif otağına qoyulub. Çox sevindirici və  qürurverici haldır ki, Ucar rayonun elektron lövhədə və digər İKT yönümlü dər avadanlıq və proqramlarında işləmə bacarığı ilə yanaşı ondan istifadə edə və tətbiq etmə bacarığı olan Hədiyyə müəllimə kimi müəllimə vardır. uğurlar
Hörmətimlə!


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər