"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Müsabiqəyə təqdim olunan işlər

UŞAQLARIN MÜTALİƏSİNİN TƏŞKİLİNDƏ KİTAB SEÇİMİ VƏ ONUN İDARƏ EDİLMƏSİ

Müəllif Verdiyev Imran | 14 Şərh

Nominasiya: Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd

FAYL -

http://www.slideshare.net/ImranVerdiyev/uaqlarin-mtalisinin-tkilind-kitab-seimi-v-onun-idar-edilmsi-53241161
Ölkə daxilində və xaricdə aparılmış tədqiqatların nəticələrinə, uzun illər “Kurikulum” jurnalında, “Azərbaycan müəllimi”, “Təhsil problemləri” və digər qəzetlərdə çap olunmuş məqalələrimə, sınaqdan keçmiş şəxsi təcrübəmə istinadən hazırladığım “UŞAQLARIN MÜTALİƏSİNİN TƏŞKİLİNDƏ KİTAB SEÇİMİ və ONUN İDARƏ OLUNMASI” mövzusunda metodik tövsiyəni diqqətinizə təqdim edirəm. Metodik tövsiyə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşması ilə bağlı tədbirlər barədə” 16.XII.2014-cü il tarixli əmrinin icrasında müəllim, kitabxanaçı və valideynlərə (həmçinin digər maraqlı şəxslərə) köməklik etmək üçün hazırlanmışdır. Layihə “PowerPoint” proqramında elektron sənəd kimi təqdim edilir. Burada layihənin məqsədi qeyd edilməklə yanaşı, şəxsiyyətin formalaşmasında mütaliənin rolu, düzgün kitab seçimini zəruri edən əsas amillər, uşaqların tövsiyə siyahıları üzrə və müstəqil mütaliəsi, kitab tövsiyə siyahılarının tərtibinə verilən ən vacib tələblər və şagirdlərin müstəqil oxusunda diqqət edilməsi gərəkən nüanslar, həmçinin seçilmiş kitabların səmərəli mütaliəsinin təşkili barədə yığcam göstəriş, təklif və məsləhətlər verilmiş, sonda tövsiyələrin gerçəkləşdirilicəyi təqdirdə əldə olunacaq nəticələr qeyd olunmuş, istifadə edilmiş mənbələr konkret göstərilmişdir. Maraqlananlar qoyulmuş keçidlərdən istifadə etməklə internet bağlantısı, illüstrativ və qrafik, video və audio materiallar, cədvəl və lüğətlərin köməyi ilə daha geniş məlumat almaq imkanına malikdirlər. Metodik tövsiyənin mütaliədə əsas şərt olan düzgün kitab seçimi ilə əlaqədar valideyn, müəllim və kitabxanaçılar üçün faydalı olacağını düşünürəm. Hörmətlə,


Geri qayıt

Paylaş


Şərhlər

İmran müəllim

10 Okt 2015 21:00

sağ ol

gülnar

10 Okt 2015 21:00

çox maraqlıdır.maraqlı məlumatlar var. Adamı oxumağa həvəsləndiri

İmran müəllim

3 Okt 2015 15:00

Çox sağ olun, müəllimə. Təşəkkür edirəm

adilə

3 Okt 2015 15:00

Çox bəyəndim. Faydalı bir vəsaitdir.

İmran müəllim

2 Okt 2015 20:00

Şərh yazdığınız üçün təşəkkür edirəm

lelli

2 Okt 2015 20:00

Hörmətli İmran müəllim, metodiki tövsiyənizi diqqətlə oxudum və araşdırdım. Açığı, məni tam qane etdi. Bu gün - uşaqların mütalidən uzaq düşdüyü bir dövrdə belə tövsiyələr çox önəmlidir. Güman edirəm ki, müəllimlər üçün çox faydalı olacaq. Sizə uğurlar arzulayıram.

İmran müəllim

1 Okt 2015 21:00

Təşəkkür edirəm, müəllim

Qadir

1 Okt 2015 20:00

Çox faydalı bir vəsaitdir. Yüksək peşəkarlıqla hazırlanmışdır. Maraqlıdir. İnanıram ki, müəllimlər, kitabxanaçılar, valideynlər, eləcə də bütün maraqlı tərəflər üçün səmərəli olacaqdır. Müəllifə uğurlar arzulayıram. İnanıram ki, adınız qaliblər cərgəsində olacaq

İmran müəllim

30 Sen 2015 17:00

Çox sağ olun, Aygün müəllim. Təşəkkür edirəm

Aygün

30 Sen 2015 17:00

Çox faydalı və gərəkli resursdur.Ço ciddi və əhəmiyyətli mövzuya həsr edilımişdir.  Bütün müəllimlər, kitabxanaçılar, və valideynlər üçün son dərəcə əhəmiyyətli bir iş hesab edirəm. Müəllifə uğurlar arzulayıram. İnanıram ki, layiqli qiymətini alacaq.

Səhifələr: 1 2 Növbəti

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər