"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Müsabiqəyə təqdim olunan işlər

спор согласных

Müəllif İbrahimova Gülçöhrə | 0 Şərh

Nominasiya: Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs

FAYL -

Dərs 6-cı sinifdə əsas xarici dil kimi tədris olunan rus dili fənni üçün nəzərdə tutulub.Çox qəliz qrammatik material elektron lövhənin istifadəsi ilə təqdim olunduqda həm şagirdlərin canlı marağına səbəb olur,həm də materialın yaxşı mənimsənilməsi üçün zəmin yaradır.Lüğətin ikirəngli sahələrin köməyi ilə təqdim edilməsi isə usaqların heç sevmədiyi bir şablon prosesi sanki canlandırır.Söz yalnız bir dildə göründüyündən(tərcüməni görmək üçün sözü digər sahəyə sürüşdürmək lazımdır) usaqlar tərcüməni xatırlamağa çalışır və demək olar ki,1-2 təkrardan sonra yeni sözü mənimsəyirlər.Qruplara bölünmə kimi adi bir prosedur belə elektron lövhə ilə daha rəngarəng və pozitiv dolu bir atmosferdə keçir.Qaydanın daha yaxşı qavranılması üçün istifadə olunan kiçik mahnı parçası isə xarici dilin tədrisi prosesində çox dəyərli autentik material kimi xidmət göstərir ki,bu da yenə elektron lövhədən istifadə etməklə həyata keçirilir.


Geri qayıt

Paylaş


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər