"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Fəal təlimin tətbiqinə dair metodik tövsiyə

Müəllif Əliyev Nazir | 0 Şərh

Nominasiya: Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd

FAYL -



Fənn kurikulumunun əsas tərkib hissəsi olan fəali/interaktiv təlim metodlarının tətbiqi sahəsində ehtiyacı olan müəllimlərə kömək məqsədilə hazırlanmışdır. Tövsiyəyə fəal təlimin əsas psixoloji mexanizmləri, metodologiyasın barədə məlumatlar daxil edilmişdir. Fəal/interaktiv təlim metodları əsasında dərs planının tərtibində müəllimlərin yol verdikləri nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılmasının nəzəri və praktik məsələlərinə nümunələr əsasında aydınlıq gətirilmişdir. Tövsiyədə fəal dərsə hazırlıq və dərsin təşkili prosesi konkret mövzuya əsasən realizə olunacaq standartlar, təlim nəticələri, inteqrasiya, iş forma və üsulları, resurslar müəyyən edilməklə fəal dərsin gedişi tam işlənib hazırlanmışdır. Tövsiyədə dərsin hər bir mərhələsinə :- motivaciya, tədqiqat işinin təşkili ( iş vərəqələrinə daxil edilən tapşırıq nümunələri), məlumatın təqdimatı, müzakirənin təşkili (o cümlədən müzakirəni təşkil etmək üçün qabaqcadan tərtib edilmiş sualları), nəticə və ümumiləşdirmə, yaradıcı tətbiqetmə, refleksiya və formativ qiymətləndirmə nümunələrindən fənn müəllimlərinin faydalana biləcəkləri nəzərə alınmışdır. Tövsiyə boyu dərsə hazırlıq və dərsin mərhələlərində yol verilən nöqsan və çatışmazlıqlara dair təhlillər zamanı istifadə olunana nümunələr sonda cari planlaşdırma nünunəsi formasında müəllinlərə təqdim olunur.
Geri qayıt

Paylaş


Qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər