"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu


“Elektron Təhsil” Respublika müsabiqəsinə “Müəllim” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları

“Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

- təqdim olunan işin təhsil proqramlarına və tədris prosesinin təşkilinə verilən normativ tələblərə uyğunluğu;

- fənn kurikulumlarının tələblərinə uyğunluğu;

- işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi;

- məzmunun orijinallığı;

- materialda məntiqi ardıcıllığın, sistemli yanaşmanın olması;

- tapşırıqların (çalışmaların) müxtəlifliyi;

- illüstrativ, qrafik, audio, video materialların keyfiyyətli tətbiqi;

- dizaynın düzgün seçilməsi;

- materialdan müstəqil istifadə etmə imkanlarının olması;

- metodiki tövsiyələrin mövcudluğu;

- bilik və bacarıqların inkişaf etdirilməsinə dair tapşırıqların olması;

- səhvlərin analiz edilməsi imkanı;

- istifadə edilmiş informasiya mənbələrinin mötəbərliyivə materiallara keçidlərin olması;

- multimedia komponentlərinin qarşılıqlı əlaqəsinin təmin olunması;

- elektron lövhənin proqram təminatlarında yaradılan işlərin Təhsil portallarında (www.edu.az, www.e-resurs.edu.az) yerləşdirilmiş elektron resurslara istinadən hazırlanması.

“Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

- Müəlliflərin şəbəkədə ünsiyyət və əməkdaşlıq mədəniyyəti;

- texniki keyfiyyət, əks-əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması;

- müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığı, məzmunun istifadəyə rahat olması, tədris məqsədləri üçün məzmunun aktual və əhəmiyyətli olması;

- resursdakı materialların məzmununda elmi əsasların mövcudluğu;

- müəllifin öz materialının alınma materialların həcmindən çox olması;

- işin nəticələrindən yararlanan hədəf qruplarının genişliyi;

- informasiyanın dərc edilməsinin çevik və davamlı olması;

- fərqli multimedia obyektlərinin istifadəsi;

- informasiyaların aydın, dəqiq olması;

- istinad olunmuş mənbələr qeyd olunmaqla müəllif hüquqlarının qorunması.

“Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

- təqdim olunan işin məqsəd və gözlənilən nəticəsinin qeyd olunması;

- işdə elmlilik və konkretlik prinsiplərinin gözlənilməsi;

- məzmunun aktuallığı və müasir tələblərə uyğunluğu;

- məzmunun faydalılığı və inkişafetdirici xarakterə malik olması;

- sınaqdan keçmiş şəxsi təcrübəyə əsaslanması;

- dil üslubu;

- digər vacib və əhəmiyyətli məlumatlardan (lüğətlər, testlər, cədvəllər və s.) istifadə olunması;

- materialın hazırlanmasında dəqiqlik, sistemlilik, fikir ardıcıllığı və aydınlıq;

- illüstrativ və qrafik, audio və video materialların keyfiyyətli şəkildə tətbiq olunması;

- düzgün dizayn;

- materialdan sərbəst istifadə etmə imkanları;

- istifadə edilmiş informasiya mənbələrinin dəqiqliyi və etibarlılığı, materiallara keçidlərin olması;

- interaktivlik interfeysin rahatlığı;

- Multimedia və komponentlərinin qarşılıqlı əlaqəsi;

- texniki-texnoloji səviyyə.

“Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası” nominasiyası üzrə

təqdim edilən işlərin qiymətləndirmə meyarları

- dərs zamanı müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığı;

- məsafədən müəllim-şagird əməkdaşlığının əks etdirilməsi;

- bilik və bacarıqların inkişaf etdirilməsinə dair interaktiv vasitələrin istifadəsi;

- məzmunun milli kurikulum tələblərinə cavab verməsi;

- texniki keyfiyyət – audio və video materialların keyfiyyətli tətbiqi;

- şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması və sağlamlıq imkanlarının nəzərə alınması;

- təlimin təhsilverici, tərbiyəedici və inkişafedici prinsiplərə uyğunluğu.

“Elektron Təhsil” Respublika müsabiqəsinə “Şagird” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları

"Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs" nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

- işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi;

- məzmunun orijinallığı;

- materialın hazırlanmasının dəqiq, sistemli, fikir ardıcıllığı və aydın olması;

- texniki keyfiyyət;

- müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığının olması;

- fərqli multimedia obyektlərindən istifadə;

- informasiyanın aydınlığı və dəqiqliyi;

- interaktivliyin təmin olması;

- əks-əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması;

- ziyarət edilmə, şərh olunma funksiyaları ilə təmin olması;

- əlavə vasitələr olmadan istifadə edilmə imkanının olması;

- aydın struktur və stil;

- dərc edilən informasiyanın etibarlılığı;

- işin nəticələrindən yararlanan hədəf qruplarının geniş olması;

- dizaynın düzgün seçilməsi;

- hazırlanmış işin müəllifin yaş səviyyəsinə uyğunluğu.

“Elektron Təhsil” Respublika müsabiqəsinə “Məktəb” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları

“Ən zəngin məzmunlu məktəb saytı” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

- yerləşdirilən informasiyaların aydın, dəqiq olması, istinad olunmuş mənbələr qeyd olunmaqla müəllif hüquqlarının qorunması;

- xəbərlərin dərc edilməsinin davamlı olması;

- ziyarət edilmə sayının çox olması (müsabiqə başladığı dövrə qədər);

- videoqalereya, fotoqalereya və digər bölmələrdə materialların mütəmadi yerləşdirilməsi;

- məktəbin İKT sahəsi üzrə nailiyyətləri (müəllimlərin İKT bacarıqlarını əks etdirən sertifikatları, İKT üzrə təlimçi olan, müsabiqələrdə iştirak edən müəllimlərin (nominant, fərqlənən və qaliblər və s.) adlarının qeyd edilməsi;

- məktəbin ümumi nailiyyətlərinin saytda əks olunması;

- dərsliklər, tapşırıqlar bölməsində məktəb müəllimlərinin hazırladıqları elektron resursların yerləşdirilməsi.



Geri qayıt