"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu


ƏSASNAMƏ

“Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi”

1. Müsabiqənin məqsədi

1.1. Təbiət fənlərində (kimya, biologiya və fizika) müəllimləri dərslərin qurulmasında yeni texnologiyaların tətbiqi üçün motivasiya təmin etmək müsabiqənin keçirilməsində əsas məqsəddir.

2. Müsabiqənin hədəfi

2.1. Rəqəmsal Labdisk avadanlığı və Globilab proqram təminatının tədrisdə səmərəli şəkildə tətbiq edilməsinin təşkili;

2.2. Yaradıcı müəllimlərin bu texnologiyalardan fəal istifadə etməyə həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, interaktiv texnologiyaların dərs prosesində istifadəsinin mənimsənilməsi;

2.3. Ən yaxşı laboratoriya hesabatlarının hazırlanması və geniş istifadəçi auditoriyasına tanıdılması və metodiki bazanın toplanması.

3. Müsabiqənin təşkilatçıları

3.1. "Edumedia-Azərbaycan" MMC və "Globisens" LTD

4. Müsabiqənin keçirilmə müddəti

4.1. Resursların qəbulu üçün son tarix - 5 fevral, 2016

4.2. Ekspertlərin layihələri qiymətləndirməsi  - 8 -15 fevral, 2016

4.3. I və II mərhələnin nəticələrinin elan edilməsi  - 16 fevral, 2016

4.4. Münsiflər heyəti qarşısında təqdimat

4.5. Qaliblərin elan edilməsi

4.6. Mükafatlandırma tədbiri - fevralın sonu, 2016

5. İştirakçılar

5.1. Müsabiqəyə Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində kimya, fizika və biologiya fənləri üzrə "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" təlimində iştirak edən müəllimlər müraciət edə bilərlər.

6. Nominasiyalar

6.1. Müsabiqə bir istiqamət iki nominasiya altında keçirilir.

6.1.1. I Nominasiya. Ən yaxşı müəllim işi

Bura fizika, kimya və biologiya fənləri üzrə ümumtəhsil müəssisələrində müəllimlər üçün aprel-may, 2015-ci ildə təşkil olunan "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" təlimlərində iştirak edən bütün müəllimlər iştirak edə bilələr.

Bu nominasiya özü 3 (üç) istiqamətə bölünür.

- Fizika fənni üzrə ən yaxşı təcrübə işi

- Kimya fənni üzrə ən yaxşı təcrübə işi

- Biologiya fənni üzrə ən yaxşı təcrübə işi

Hər bir istiqamət üzrə 3 (üç) yer nəzərdə tutulur.

6.1.2. II Nominasiya. Ən yaxşı təlimçi işi

Bura fizika, kimya və biologiya fənlərindən "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" üzrə 20-23 fevral və 2-4 iyul, 2015 tarixlərində xarici təlimçilərin təlimində iştirak edən müəllimlər müraciət edə bilərlər. Təlimçi nominasiyası bir istiqamət üzrə aparılır. Yəni kimya, biologiya və fizika fənləri üzrə təlimçilər birgə olaraq I, II və III yer üçün mübarizə aparacaqlar.

7. İşlərin müsabiqəyə təqdim edilməsi və işlərə qoyulan tələblər

7.1. İddiaçı müsabiqədə iştirak etməsi üçün (www.musabiqe.edu.az) səhifəsində qeydiyyatdan keçməlidir.

7.2. İşlərin müsabiqəyə təqdim edilməsi (www.musabiqe.edu.az) səhifəsində elektron ərizə formasının (1 saylı Əlavə) doldurulması ilə həyata keçirilir.

7.3. Ərizədə müəllif və təmsil etdiyi müəssisə haqqında məlumatlar, layihənin adı, işi təqdim etdiyi nominasiya və işin qısa təsviri öz əksini tapmalıdır.

7.4. Müsabiqəyə hər bir iştirakçı tərəfindən yalnız bir resurs təqdim oluna bilər. Müsabiqəyə təqdim olunan resurslara giriş üçün əlavə qeydiyyat tələb olunmamalıdır.

7.5. Müsabiqəyə aparılan təcrübənin video çəkilişi və təcrübənin izahatını verən “MS Word” proqramında sənəd şəklində laboratoriya hesabatı təqdim edilməlidir. Burada təcrübə ilkin mərhələdən son nəticəyə qədər aydın və izahlı şəkildə təqdim olunmalıdır. Təcrübəni həyata keçirən şəxs ilk saniyələrdə özünü təqdim etməli və çəkiliş zamanı təcrübənin izahatı onun tərəfindən verilməlidir. Təcrübəni təsvir edən “MS Word” sənəd formatında olan laboratoriya hesabatı təqdim edilən video ilə uzlaşmalı və aparılan təcrübənin məqsədi və nəticələri aydın şəkildə təsvir edilməlidir (А4 səhifə, “Times New Roman” şrifti, 12 ölçüdə, sətirlər arası 1,5). Təsvirdə qrafik əlavələr, təcrübə zamanı çəkilmiş şəkillər də ola bilər. İşin tövsiyə edilən həcmi 15 səhifədən çox olmamalıdır. Əsasən materiallar işin daha geniş izahatına və ya onun tədris prosesində tətbiqinə aid olmalıdır. Bütün materiallar (video və laboratoriya hesabatı) arxiv şəklində (zip və ya rar formatda) 15 MB həcmindən çox olmamaqla təqdim edilir. Əgər təqdim edilən işin həcmi 15 MB həcmindən çox olarsa, “bulud” texnologiyalarından (wetransfer.com, dropbox.com və s.) istifadə etməklə işi yerləşdirib linki təqdim etmək lazımdır. Materialların siyahısı isə ərizənin müvafiq hissəsində qeyd olunmalıdır.

7.6. Müsabiqəyə qrup halında hazırlanmış işlər də buraxılır. Lakin bu qrup işi rəhbər müəllim və şagirdlərdən ibarət ola bilər. Qrupun tərkibi 4 nəfərdən çox olmamalıdır. Qrup rəhbəri kimi müəllimin adı ərizə formasında göstərilməli, digər üzvləri barədə məlumat isə layihənin qısa təsviri olan hissədə qeyd edilməlidir.

7.7. Müsabiqəyə təqdim edilən işlərin üzərində müsabiqənin nəticələri elan edildiyi günədək heç bir əlavə və dəyişiklik aparılmamalıdır. Belə hallar aşkar edildikdə iş müsabiqədən kənarlaşdırılacaqdır.

7.8. Müsabiqədə qalib gəlmiş iştirakçı və onun hazırladığı resurs, həmçinin bu resursdan istifadə edilməklə hazırlanan hər hansı bir yeni və ya oxşar resurs növbəti 2 il ərzində müsabiqəyə təqdim oluna bilməz.

8. Müsabiqənin mərhələləri

8.1. Müsabiqə üç mərhələdə həyata keçirilir:

8.1.1. I mərhələ: işlərin qəbulu üzrə texniki ekspertiza;

8.1.2. II mərhələ: işlərin Ekspert komissiyası tərəfindən qiymətləndirilməsi;

8.1.3. III mərhələ: finala keçmiş işlərin təqdimatı və Münsiflər heyəti tərəfindən qiymətləndirilməsi.

9. Qiymətləndirmə qaydası

9.1. I mərhələdə texniki ekspertiza zamanı işlərin müsabiqə Əsasnaməsinin 7-ci maddəsinə uyğunluğu yoxlanılır.

9.2. II mərhələdə Ekspert Komissiyası təqdim edilən işləri Əsasnamənin meyarlarına uyğun 0-10 bal sistemi ilə qiymətləndirir. Verilmiş ballar əsasında yüksək bal toplayan işlərin növbəti mərhələyə keçməsi haqqında Təşkilat Komitəsi tərəfindən keçid balına dair qərar qəbul edilir və nominantların siyahısı (www.musabiqe.edu.az) səhifəsində yerləşdirilir.

9.3. III mərhələdəyə keçmiş namizədlər Münsiflər heyəti qarşısında təqdimat edir və həmin seçim meyarlarına uyğun olaraq nominantların işlərinin 0-10 bal sistemi ilə yenidən qiymətləndirilməsini həyata keçirilir və yüksək bal toplamış namizədlər və qaliblər müəyyənləşdirilir. Toplanan ballar bərabər olduqda Təşkilat Komitəsi tərəfindən qaliblərin sayında dəyişiklik edilə bilər.

10. Qiymətləndirmə meyarları

10.1. Təqdim olunan işin təhsil proqramlarına və tədris prosesinin təşkilinə verilən normativ tələblərə uyğunluğu;

10.2. Fənn kurikulumlarının tələblərinə uyğunluğu;

10.3. İşin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi;

10.4. Mövzulararası inteqrasiyanın tətbiqi;

10.5. Fənlərarası inteqrasiyanın tətbiqi;

10.6. Məzmunun orijinallığı;

10.7. Materialda məntiqi ardıcıllığın, sistemli yanaşmanın olması;

10.8. İllüstrativ, qrafik, audio, video materialların keyfiyyətli tətbiqi;

10.9. Dizaynın düzgün seçilməsi;

10.10. Materialdan müstəqil istifadə etmə imkanlarının olması;

10.11. Metodiki tövsiyələrin mövcudluğu;

10.12. Müəllim-şagird əməkdaşlığının əks etdirilməsi.

11. Müsabiqənin yekunu

11.1. Təşkilat Komitəsi tərəfindən təqdim olunan işlər üzrə qaliblərin müəyyən edilməsi barədə qərar qəbul edilir.

11.2. Qaliblərə diplom və hədiyyələr Təşkilat Komitəsi tərəfindən təşkil olunan təqdimat mərasimində təqdim edilir.

11.3. Qrup halında iş təqdim edənlər qalib gəldikləri təqdirdə mükafatların sayı dəyişmir. Mükafat müəllif qrupunun rəhbərinə təqdim edilir.

11.4. Müsabiqənin yekunları haqqında məlumat təqdimat mərasimindən sonra Təhsil Nazirliyinin müsabiqə (www.musabiqe.edu.az) səhifəsində yerləşdirilir.

12. Mükafatlar

12.1. Hər bir nominasiya və istiqamət üzrə diplom və qiymətli hədiyyələr

1-ci yer qalibinə - "iPad air" 16 GB;

2-ci yer qalibinə - "Globimate" planşet;

3-cü yer qalibinə - "Samsung Galaxy Tab-3 7" GB 8

təqdim edilir.

12.2. Bundan əlavə fərqlənən işlərə görə iştirakçılar fərqlənmə sertifikatları ilə təltif olunacaqlar.

13. Əlavə məlumatlar

13.1. İştirakçıların hazırladığı resurs təşkilatçının internet və ya "Facebook" səhifəsində yerləşdirilə bilər.

13.2. Müsabiqənin qalibi ilə əlaqədar bütün məsələlər üzrə münsiflər heyətinin qərarları sonuncudur və bütün iştirakçılara şamil edilir.

13.3. İştiakçılar müsabiqəyə daxil olaraq yarışın bütün şərtləri ilə və onların işlərinin və şəkillərinin reklam niyyəti ilə təşkilatçı tərəfindən istifadəsinə razılıq vermiş olurlar.

13.4. Müsabiqənin iştirakçıları və qaliblər radio, televiziya və başqa KİV-də müsabiqədə iştirakı ilə bağlı reklam xarakterli müsahibələr verməyə razılaşır.

13.5. Müsabiqəyə göndərilən bütün işlər müəllif hüquqları qorunmaqla tədris materialları Labdisk tədris bazasınına yaradılmasında elektron və ya çap formatında istifadə oluna bilər.

13.6. Əgər bu resursların yaradılmasında əlavə materiallardan istifadə edirsinizsə, mütləq məlumatın götürüldüyü mənbə qeyd olunmalıdır.

13.7. Hazır işi göndərməklə müəllif zəmanət verir ki:

13.7.1. İşi şəxsən özü və ya rəhbəri ilə əməkdaşlıq edərək hazırlamışdır;

13.7.2. Resurslarda qeyd olunmuş bütün sitatlar mənbələrə istinad edir;

13.7.3. Təsvirlər, fotoşəkillər, video və qrafik materialların mənbələri var;

13.7.4. Hər hansı mənbədən istifadə edilmədən hazırlanan materialların müəllif hüquqları qorunur;

13.7.5. Əgər müəllif hüquqları kobud şəkildə pozularsa, məsələn, başqasının işindən istifadə olunarsa, və ya mühüm əhəmiyyət kəsb edən bir hissə mənbəyi qeyd olunmadan istifadə edilərsə, təqdim olunan iş müsabiqədən çıxarılır.  



Geri qayıt