"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu


“Elektron Təhsil” Respublika müsabiqəsinə “Müəllim” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları

“Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

  • təqdim olunan işin təhsil proqramlarına və tədris prosesinin təşkilinə verilən normativ tələblərə uyğunluğu;
  • fənn kurikulumlarının tələblərinə uyğunluğu;
  • işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi;
  • məzmunun orijinallığı;
  • materialda məntiqi ardıcıllığın, sistemli yanaşmanın olması;
  • tapşırıqların (çalışmaların) müxtəlifliyi;
  • illüstrativ, qrafik, audio, video materialların keyfiyyətli tətbiqi;
  • dizaynın düzgün seçilməsi;
  • materialdan müstəqil istifadə etmə imkanlarının olması;
  • metodiki tövsiyələrin mövcudluğu;
  • bilik və bacarıqların inkişaf etdirilməsinə dair tapşırıqların olması;
  • səhvlərin analiz edilməsi imkanı;
  • istifadə edilmiş informasiya mənbələrinin mötəbərliyivə materiallara keçidlərin olması;
  • multimedia komponentlərinin qarşılıqlı əlaqəsinin təmin olunması;
  • elektron lövhənin proqram təminatlarında yaradılan işlərinTəhsil portalında (www.edu.az) yerləşdirilmiş elektron resurslara istinadən hazırlanması;
  • 1 şagird:1 kompüter modelindən istifadə edərək yaradılması.

“Elektron təhsil” Respublika müsabiqəsində “Təhsildə ən yaxşı İnternet texnologiyaları" nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

  • təqdim olunan işin təhsil məqsədləri ilə əlaqədar praktiki əhəmiyyətinin olması;
  • müəlliflərin şəbəkədə ünsiyyət və əməkdaşlıq mədəniyyəti;
  • texniki keyfiyyət;
  • əks-əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması;
  • interaktivlik;
  • müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığı;
  • resursdakı materialların məzmununda elmi əsasların mövcudluğu;
  • müəllifin öz materialınınalınma materialların həcmindən çox olması;
  • işin nəticələrindən yararlanan hədəf qruplarının genişliyi;
  • informasiyanın dərc edilməsinin çevik və davamlı olması;
  • informasiyada (xəbərlərdə) təhsil mövzularının əyləncə xarakterli mövzulardan çox olması;
  • fərqli multimedia obyektlərinin istifadəsi;
  • məzmunun istifadəyə rahat olması;
  • tədris məqsədləri üçün məzmunun aktual və əhəmiyyətli olması;
  • ziyarət edilmə, şərh olunma funksiyalarının mövcudluğu;
  • informasiyaların aydın, dəqiq olması;
  • istinad olunmuş mənbələr qeyd olunmaqla müəllif hüquqlarının qorunması.

“Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs” nominasiyası üzrə təqdim edilən işlərinqiymətləndirmə meyarları

  • təqdim olunan işin məzmununun müasir təhsil tələblərinə uyğunluğu;
  • pedaqoji ictimaiyyət tərəfindən tələb olunması;
  • ideyanın (materialın) yeni və yaradıcı olması;
  • şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;
  • əlavə vasitələr olmadan istifadə edilmə imkanının olması;
  • aydın struktur və stil;
  • informasiyanın etibarlılığı;
  • bütövlükdə resurs materiallarının tamlığı;
  • interaktivliyin təmin olunması;
  • giriş və istifadə qaydalarının rahatlığı;
  • ssenarinin maraqlı və düzgün tərtib olunması;
  • resursun kompüterə yüklənmə rahatlığı;
  • interaktiv kompozisiyanın idarə olunması;
  • keçidlərə uyğun faylların düzgün yerləşdirilməsi.

“Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/ sənəd” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

  • təqdim olunan işin məqsəd və gözlənilən nəticəsinin qeyd olunması;
  • işdə elmlilik və konkretlik prinsiplərinin gözlənilməsi;
  • məzmunun aktuallığıvə müasir tələblərə uyğunluğu;
  • məzmunun faydalılığı və inkişafetdirici xarakterə malik olması;
  • sınaqdan keçmiş şəxsi təcrübəyə əsaslanması;
  • dil üslubu;
  • digər vacib və əhəmiyyətli məlumatlardan (lüğətlər, testlər, cədvəllər və s.) istifadə olunması;
  • materialın hazırlanmasında dəqiqlik, sistemlilik, fikir ardıcıllığı və aydınlıq;
  • illüstrativ və qrafik, audio və video materialların keyfiyyətli şəkildə tətbiq olunması;
  • düzgün dizayn;
  • materialdan sərbəst istifadə etmə imkanları;
  • istifadə edilmiş informasiya mənbələrinin dəqiqliyi və etibarlılığı, materiallara keçidlərin olması;
  • interaktivlik interfeysin rahatlığı;
  • Multimedia və komponentlərinin qarşılıqlı əlaqəsi;
  • texniki-texnoloji səviyyə.

“Elektron Təhsil” Respublika müsabiqəsinə “Şagird” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları

"ALPLogo" proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur” nominasiyası üzrə təqdim edilən resursların qiymətlən dirmə meyarları 

  • təqdim olunmuş fiqurun sistemə yüklənmiş versiyada hazırlanması.("ALPLogo" proqramı);
  • təqdim olunmuş fiqurda "ALPLogo" proqramlaşma mühitinin komandaları ardıcıllığının düzgün,dəqiq yerinə yetirilməsi;
  • yaradılmış fiqurun orijinallığı;
  • yaradılmış fiqurun mürəkkəbliyi.

"Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs" nominasiyası üzrə təqdim edilən işlərin qiymətlən dirmə meyarları 

  • işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi;
  • məzmunun orijinallığı;
  • materialın hazırlanmasının dəqiq, sistemli, fikir ardıcıllığı və aydın olması;
  • texniki keyfiyyət;
  • müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığının olması;
  • fərqli  multimedia obyektlərindən istifadə;
  • informasiyanın aydınlığı vədəqiqliyi;
  • interaktivliyin təmin olması;
  • əks-əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması;
  • ziyarət edilmə, şərh olunma funksiyaları ilə təmin olması;
  • əlavə vasitələr olmadan istifadə edilmə imkanının olması;
  • aydın struktur və stil;
  • dərc edilən informasiyanın etibarlılığı;
  • işin nəticələrindən yararlanan hədəf qruplarının geniş olması;
  • dizaynın düzgün seçilməsi;
  • hazırlanmış işin müəllifin yaş səviyyəsinə uyğunluğu.


Geri qayıt