"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu


QAYDALAR

1. İddiaçı müsabiqədə iştirak etməsi üçün www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməlidir.

2. İşlərin müsabiqəyə təqdim edilməsi www.musabiqe.edu.az səhifəsində elektron ərizə formasının (1 saylı Əlavə) doldurulması ilə həyata keçirilir.

3. Ərizədə müəllif və təmsil etdiyi müəssisə haqqında məlumatlar, layihənin adı və işin qısa təsviri öz əksini tapmalıdır.

4. Müsabiqəyə hər bir iştirakçı tərəfindən yalnız bir resurs təqdim oluna bilər. Müsabiqəyə təqdim olunan resurslara giriş üçün əlavə qeydiyyat tələb olunmamalıdır.

5. İşlərin təsviri “MS Word” proqramında sənəd şəklində təqdim edilir (А4 səhifə, “Times New Roman” şrifti, 14 ölçüdə, sətirlər arası 1,5 və həcmi 2 mb-dan çox olmamaqla). Təsvirdə qrafik əlavələr, dərc edilmiş yazılara keçidlər, mövzu üzrə çıxış və müəllifin internet resursları da ola bilər. İşin tövsiyə edilən həcmi 15 səhifədən çox olmamalıdır. İşin təsvirinə əlavə materiallar da qoşula bilər. Əsasən materiallar işin daha geniş izahatına və ya onun tədris prosesində tətbiqinə aid olmalıdır. Bütün əlavə materiallar arxiv şəklində (zip və ya rar formatda) 15 MB həcmindən çox olmamaqla təqdim edilir. Əgər təqdim edilən işin həcmi 15 MB həcmindən çox olarsa “bulud” texnologiyalarından (wetransfer.com, dropbox.com və s.) istifadə etməklə işi yerləşdirib linki təqdim etmək lazımdır. Materialların siyahısı isə ərizənin müvafiq qrafasında qeyd olunmalıdır.

6. Müsabiqəyə qrup halında hazırlanmış işlər də buraxılır. Qrupun tərkibi 3 nəfərdən çox olmamalıdır. Həmin qrup üzvləri tərəfindən seçilmiş qrup rəhbərinin adı ərizə formasında göstərilməli, digər üzvləri barədə məlumat isə layihənin qısa təsviri olan hissədə qeyd edilməlidir.

7. Müsabiqəyə təqdim edilən işlərin üzərində müsabiqənin yekunları elan edildiyi günədək heç bir əlavə və dəyişiklik aparılmamalıdır. Belə hallar aşkar edildikdə iş müsabiqədən kənarlaşdırılacaqdır.

8. Müsabiqədə qalib gəlmiş iştirakçı və onun hazırladığı resurs, həmçinin bu resursdan istifadə edilməklə hazırlanan hər hansı bir yeni və ya oxşar resurs növbəti 3 il ərzində müsabiqəyə təqdim oluna bilməz.



Geri qayıt