"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu


Azərbaycan Respublikası Təhsil Nazirliyinin

 “____” _____ 2017-ci il tarixli 

___ nömrəli əmri ilə təsdiq edilmiş Əsasnamənin 2 saylı əlavəsi


“Elektron Təhsil” Respublika müsabiqəsinə “Müəllim” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları

“Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

- təqdim olunan işin təhsil proqramlarına və tədris prosesinin təşkilinə verilən normativ tələblərə uyğunluğu;

- fənn kurikulumlarının tələblərinə uyğunluğu;

- işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi;

- məzmunun orijinallığı;

- materialda məntiqi ardıcıllığın, sistemli yanaşmanın olması;

- tapşırıqların (çalışmaların) müxtəlifliyi;

- illüstrativ, qrafik, audio, video materialların keyfiyyətli tətbiqi;

- dizaynın düzgün seçilməsi;

- materialdan müstəqil istifadə etmə imkanlarının olması;

- metodiki tövsiyələrin mövcudluğu;

- bilik və bacarıqların inkişaf etdirilməsinə dair tapşırıqların olması;

- səhvlərin analiz edilməsi imkanı;

- istifadə edilmiş informasiya mənbələrinin mötəbərliyi və materiallara keçidlərin olması;

- multimedia komponentlərinin qarşılıqlı əlaqəsinin təmin olunması;

- elektron lövhənin proqram təminatlarında yaradılan işlərin Təhsil portallarında (www.edu.az, www.e-resurs.edu.az) yerləşdirilmiş elektron resurslara istinadən hazırlanması.

“Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

- Müəlliflərin şəbəkədə ünsiyyət və əməkdaşlıq mədəniyyəti;

- texniki keyfiyyət, əks-əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması;

- müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığı, məzmunun istifadəyə rahat olması, tədris məqsədləri üçün məzmunun aktual və əhəmiyyətli olması;

- resursdakı materialların məzmununda elmi əsasların mövcudluğu;

- müəllifin öz materialının alınma materialların həcmindən çox olması;

- işin nəticələrindən yararlanan hədəf qruplarının genişliyi;

- informasiyanın dərc edilməsinin çevik və davamlı olması;

- fərqli multimedia obyektlərinin istifadəsi;

- informasiyaların aydın, dəqiq olması;

- istinad olunmuş mənbələr qeyd olunmaqla müəllif hüquqlarının qorunması.

“Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası” nominasiyası üzrə

təqdim edilən işlərin qiymətləndirmə meyarları

- dərs zamanı müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığı;

- məsafədən müəllim-şagird əməkdaşlığının əks etdirilməsi;

- bilik və bacarıqların inkişaf etdirilməsinə dair interaktiv vasitələrin istifadəsi;

- məzmunun milli kurikulum tələblərinə cavab verməsi;

- texniki keyfiyyət – audio və video materialların keyfiyyətli tətbiqi;

- şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması və sağlamlıq imkanlarının nəzərə alınması;

- təlimin təhsilverici, tərbiyəedici və inkişafedici prinsiplərə uyğunluğu.

“Beynəlxalq və regionlararası əməkdaşlıq üzrə ən yaradıcı təhsil layihəsi” nominasiyası üzrə qiymətləndirmə meyarları

- layihə mövzusunun, planının, məqsədinin təhsilə və kurikuluma uyğunluğu;

- layihə planının, addımların qeyd olunmuş məqsədə uyğunluğu;

- layihə mövzusunun demokratik dəyərlər və vətəndaş cəmiyyəti prinsiplərinə uyğunluğu.

- layihənin hansı yaş qrupu şagirdləri və ya hansı auditoriyaya uyğun olduğunun aydın ifadə olunması;

- layihənin planında müəllim və şagirdlərin rolunun aydın ifadə olunması;

- layihənin gələcəkdə resurs və ya əlavə material kimi tədris prosesində istifadə mümkünlüyü;

- dizayn və texniki tərtibat;

- layihənin planda qeyd olunan məqsədə nail olma dərəcəsi;

- layihənin inkişaf addımlarının, planının və mövzusunun təkrarlanmaması;

- tərəflər arasında əməkdaşlığın səviyyəsi;

- müasir tədris metodlarından istifadə zənginliyi;

- istifadə olunmuş mənbələrin zənginliyi;

- istinad olunmuş mənbələr dəqiq qeyd olunmaqla müəllif hüquqlarının qorunması.


“Elektron Təhsil” Respublika müsabiqəsinə “Şagird” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları

"Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs" nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

- işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi;

- məzmunun orijinallığı;

- materialın hazırlanmasının dəqiq, sistemli, fikir ardıcıllığı və aydın olması;

- texniki keyfiyyət;

- müasir tədris metodları və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığının olması;

- fərqli multimedia obyektlərindən istifadə;

- informasiyanın aydınlığı və dəqiqliyi;

- interaktivliyin təmin olması;

- əks-əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması;

- ziyarət edilmə, şərh olunma funksiyaları ilə təmin olması;

- əlavə vasitələr olmadan istifadə edilmə imkanının olması;

- aydın struktur və stil;

- dərc edilən informasiyanın etibarlılığı;

- işin nəticələrindən yararlanan hədəf qruplarının geniş olması;

- dizaynın düzgün seçilməsi;

- hazırlanmış işin müəllifin yaş səviyyəsinə uyğunluğu.


“Elektron Təhsil” Respublika müsabiqəsinə “Tələbə” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları

“Elektron təhsil üzrə ən yaradıcı startap ideya” nominasiyası üzrə təqdim edilən işlərin qiymətləndirmə meyarları

- layihənin məqsədinin konkretliyi və problemin həllinə uyğunluğu;

- layihənin adının mövzuya və məzmuna uyğunluğu;

- layihənin təhsil məqsədləri ilə əlaqədar praktiki əhəmiyyətinin olması;

- ideyanın (materialın) yeni və yaradıcı olması;

- layihədə elmi əsasların mövcudluğu;

- məzmun zənginliyi;

- dizayn və texniki tərtibat;

- layihənin hansı yaş qrupu sagirdləri və ya hansı auditoriyaya uyğun olduğunun aydın ifadə olunması;

- layihənin davamlılıq göstəriciləri;

- layihə çərçivəsində görüləcək işlərin mümkünlüyü;

- interaktivlik, müasir tədris metodlarından istifadə;

- interfeysin rahatlığı;

- müxtəlif platformalarda işləmə imkanı;

- icmalın aydın və anlaşıqlı dildə yazılması;

- istinad olunmuş mənbələr dəqiq qeyd olunmaqla müəllif hüquqlarının qorunması.



Geri qayıt