"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Xəbərlər

"TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ" MÜSABİQƏSİNİN QALİBLƏRİ ELAN EDİLDİ.

0 şərh

"TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ" MÜSABİQƏSİNİN QALİBLƏRİ ELAN EDİLDİ .


07 aprel 2016-cı il tarixində Təhsil Nazirliyi və “Edumedia-Azərbaycan” MMC-nin “Təbiət fənləri üzrə İsrailin “Globisens” şirkəti tərəfindən istehsal olunmuş Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsinin qalib və fərqlənən iştirakçılarının mükafatlandırılması tədbiri keçirildi.


Müsabiqənin keçirilməsində əsas məqsəd təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni rəqəmsal laboratoriya avadanlıqları və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirmək idi.


Qeyd edək ki, "Təbiət fənləri üzrə Labdiskrəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsi 2 nominasiya üzrə keçirilmişdir:


      · Ən yaxşı müəllim işi

- fizika fənni üzrə ən yaxşı təcrübə işi;

- kimya fənni üzrə ən yaxşı təcrübə işi;

- biologiya fənni üzrə ən yaxşı təcrübə işi.

 

      · Ən yaxşı təlimçi işi


"Təbiət fənləri üzrə Labdiskrəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin qalibləri aşağıdakılardır:


Ən yaxşı müəllim işi nominasiyası: fizika fənni üzrə ən yaxşı təcrübə işi - I yerə Bəxtiyar Bayramov (Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya), II yerə Rahib Əfəndi (Sumqayit şəhəri, Texniki və Təbiət Elmlər liseyi), III yerə isə Ülkər Nəcəfova (Bakı şəhəri, 5 nömrəli məktəb) layiq görülmüşdür.


Ən yaxşı müəllim işi nominasiyası: kimya fənni üzrə ən yaxşı təcrübə işi - I yerə Məharət Qarayev (Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına lisey), II yerə Esmira İmanova (Bakı şəhəri, 82 nömrəli məktəb), III yerə isə Təranə Əliyeva (Gəncə şəhəri, 16 nömrəli məktəb) layiq görülmüşdür.


Ən yaxşı müəllim işi nominasiyası: biologiya fənni üzrə ən yaxşı təcrübə işi - I yerə Mehin Babayeva (Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya), II yerə Sevda Hüseynova (Bakı şəhəri, 24 nömrəli məktəb), III yerə isə Zemfira Əsədova (Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya) layiq görülmüşdür.


Ən yaxşı təlimçi işi nominasiyası üzrə I yerə - Olqa Hümbətova (Bakı şəhəri, Bakı-Avropa liseyi) və Aynurə Bağırova(Bakı şəhəri, 24 nömrəli məktəb), II yerə isə Kəmalə Süleymanova (Bakı şəhəri, 193 nömrəli məktəb) layiq görülmüşdür.


"Təbiət fənləri üzrə Labdiskrəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin fərqlənən iştirakçıları aşağıdakılardır:


Ən yaxşı müəllim işinominasiyası üzrə fərqlənənlər - Sünbül Mirzəyeva,Zülfiyyə Muradova, Mehriban Zeynalzadə, Rəna Hüseynova, İlkin Cəfərov, Gülnaz Feyziyeva.


Ən yaxşı təlimçi işi nominasiyası üzrə fərqlənənlər - Aygün Cavadova, İrina Mehdiyeva, Vüsalə Məmmədova, Mahirə Nuriyeva, Təranə İbrahimova.


Qeyd edək ki, Azərbaycanda təbiət fənləri üzrə rəqəmsal laboratoriya avadanlıqlarının tədrisdə tətbiqi müsabiqəsi ilk dəfədir ki, keçirilirdi.


Müsabiqədə qalib və fərqlənən iştirakçılar tədbir zamanı elan olunaraq, “iPadair”, “Globimate” planşet, “Samsung Galaxy Tab-3”, o cümlədən diplom və sertifikatlarla təltif olundular.


Paylaş


Şərh əlavə et

CAPTCHA