"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Xəbərlər

"TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ" MÜSABİQƏSİNİN NOMİNANTLARI MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR

1 şərh

"TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ" MÜSABİQƏSİNİN  NOMİNANTLARI MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR

28 dekabr 2015-ci il tarixində elan edilmiş, Təhsil Nazirliyi və “Edumedia” MMC-nin birgə keçirdiyi "Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin I və II nominasiyalar üzrə qəbul edilmiş 86 layihə ekspertlər tərəfindən baxılmışdır. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə 21 nominant  seçilmiş və növbəti mərhələyə buraxılmışdır. Növbəti mərhələdə işlər münsiflər heyəti qarşısında təqdim olunacaq və qiymətləndiriləcəkdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqları və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdir.

Müsabiqədə qalib olan namizədlərə "iPad air", "Globimate" planşet, "Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaqdır.

Qeyd edək ki, Azərbaycanda təbiət fənləri üzrə rəqəmsal laboratoriya avadanlıqlarının tədrisdə tətbiqi müsabiqəsi ilk dəfədir keçirilir.


Paylaş


Şərhlər


Şərh əlavə et

CAPTCHA