"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Xəbərlər

"TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ" MÜSABIQƏSİNİN I MƏRHƏLƏSİ BAŞA ÇATIB.

1 şərh

"Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi" müsabiqəsinin I mərhələsi başa çatıb.

28 dekabr 2015-ci il tarixində elan edilmiş, Təhsil Nazirliyi və “Edumedia” MMC-nin birgə keçirdiyi müsabiqənin birinci mərhələsinə 89 iş təqdim olunub. Onlardan 3-ü müsabiqənin şərtlərinə uyğun olmadığı üçün qəbul edilməmişdir. Yekun olaraq müsabiqəyə 86 layihə qəbul edilib ki, onların 68-i "Ən yaxşı müəllim işi", 18-i isə "Ən yaxşı təlimçi işi" nominasiyaları üzrə təqdim olunub.

Layihələr ikinci mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün Ekspert Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominatların adları cari ilin fevral ayının 16-sı elan ediləcəkdir. 

Müsabiqənin keçirilməsində əsas məqsəd təbiət fənləri (kimya, biologiya və fizika) üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqları və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdir.

Müsabiqədə qalib olan namizədlərə "iPad air", "Globimate" planşet, "Samsung Galaxy Tab-3” və digər xüsusi mükafatlar təqdim olunacaqdır. 

Qeyd edək ki, Azərbaycanda təbiət fənləri üzrə rəqəmsal laboratoriya avadanlıqlarının tədrisdə tətbiqi müsabiqəsi ilk dəfədir keçirilir.

Paylaş


Şərhlər


Şərh əlavə et

CAPTCHA