"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Xəbərlər

DEKABRIN 28-DƏ “TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ” MÜSABİQƏSİNƏ START VERİLƏCƏK

2 şərh

“Edumedia-Azərbaycan” təşkilatı Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması prosesində İKT infrastrukturunun inkişafının və yeni pedaqoji texnologiyaların tətbiqində fəal iştirak edən şirkətlərdən biridir. Şirkətin əsas məqsədi mövcud təhsil sisteminə interaktiv və rəqəmsal tədris texnologiyalarını tətbiq edərək təhsildə davamlı nailiyyətlər əldə etmək və müsabiqələr vasitəsilə müəllimlərin yeni texnologiyaların tədrisdə tətbiqinə həvəsləndirməkdir. “Edumedia-Azərbaycan” təşkilatı bu məqsədilə 28 dekabr 2015-ci il tarixində “Təbiət fənləri üzrə labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsinin başlanmasını elan edir. Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.

Müsabiqə iki nominasiya altında keçiriləcəkdir.

I Nominasiya. Ən yaxşı müəllim işi

Bura fizika, kimya və biologiya fənləri üzrə ümumtəhsil müəssisələrində müəllimlər üçün təşkil olunan "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" təlimlərində iştirak edən bütün müəllimlər iştirak edə bilərlər.

Bu nominasiya özü 3 (üç) istiqamətə bölünür.

- Fizika fənni üzrə ən yaxşı təcrübə işi

- Kimya fənni üzrə ən yaxşı təcrübə işi

- Biologiya fənni üzrə ən yaxşı təcrübə işi

Hər bir istiqamət üzrə 3 (üç) yer nəzərdə tutulur.

II Nominasiya. Ən yaxşı təlimçi işi

Bura fizika, kimya və biologiya fənlərindən "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" üzrə 20-23 fevral və 2-4 iyul 2015-ci il tarixlərində xarici təlimçilərin təlimində iştirak edən müəllimlər müraciət edə bilərlər. Təlimçi nominasiyası bir istiqamət üzrə aparılır. Yəni kimya, biologiya və fizika fənləri üzrə təlimçilər birgə olaraq I, II və III yer üçün mübarizə aparacaqlar.

Müsabiqənin keçirilməsində əsas məqsəd rəqəmsal Labdisk avadanlığı və Globilab proqram təminatının tədrisdə səmərəli şəkildə tətbiq edilməsinin təşkil edilməsi, yaradıcı müəllimlərin bu texnologiyalardan fəal istifadə etməyə həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, interaktiv texnologiyaların dərs prosesində istifadəsinin mənimsənilməsi, ən yaxşı laboratoriya hesabatlarının hazırlanması və geniş istifadəçi auditoriyasına tanıdılmasıdır.

Müsabiqənin təşkilatçıları “Edumedia-Azərbaycan” və “Globisens” şirkətləridir və müsabiqə Təhsil Nazirliyi tərəfindən də dəstəklənir.

Müsabiqə qalibləri “iPad air” 16 GB, “Globimate” planşet, “Samsung Galaxy Tab-3, 7” 8 GB və s. hədiyyələrlə mükafatlandırılacaqlar.

Paylaş


Şərhlər

Samirə

12 Yan 2016 11:00

Fizika tecrübəsi

Tenzile

3 Yan 2016 21:00

Qeyd...salam, men magistram, musabiqede iwtirak ede bilerem izleyici kimi? Bioloqam.


Şərh əlavə et

CAPTCHA