"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Xəbərlər

"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİNİN NOMİNANTLARI MÜƏYYƏNLƏŞDİRİLİB

PRESS RELİZ


17.11.2017 Bakı şəhəri


“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirilib.

“Elektron Təhsil” Respublika müsabiqəsinin müəllim, şagird və tələbə istiqamətləri üzrə 6 nominasiyada qəbul edilmiş 644 layihə ekspertlər tərəfindən baxılmışdır. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə 644 layihədən 197-si nominant olaraq seçilmiş və növbəti mərhələyə buraxılmışdır. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir.

Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiylar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaqdır.

Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə 7000-dən artıq layihə təqdim olunub.




Paylaş