"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Xəbərlər

“ELEKTRON TƏHSİL” RESPUBLİKA MÜSABİQƏSİNİN NOMİNANTLARI MÜƏYYƏNLƏŞMİŞDİR.

11 şərh

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantlari müəyyənləşib

      “Elektron Təhsil” Respublika müsabiqəsinin müəllim, şagird və məktəb istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 1220 layihəyə ekspertlər tərəfindən baxılıb. Ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 1220 layihədən 325-ı nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir. 
       Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan da müsabiqənin əsas məqsədlərindəndir.      
       Müsabiqəyə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, əlavə təhsil ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər qatılıblar.

          Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.   
         Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” operatoru tərəfindən dəstəklənir.
      2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə 6000-dən artıq layihə təqdim olunub.

 

       #TəhsilNazirliyi #EduAz #ElektronTəhsil #Müsabiqə #Məktəb #Müəllim#Şagird


Paylaş


Şərhlər

məhəbbət

29 Noy 2016 11:00

Nominantların siyahısını haradan bilək

Səhifələr: Əvvəlki 1 2

Şərh əlavə et

CAPTCHA