"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Xəbərlər

“ELEKTRON TƏHSİL” RESPUBLİKA MÜSABİQƏSİNİN NOMİNANTLARI MÜƏYYƏNLƏŞMİŞDİR.

11 şərh

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantlari müəyyənləşib

      “Elektron Təhsil” Respublika müsabiqəsinin müəllim, şagird və məktəb istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 1220 layihəyə ekspertlər tərəfindən baxılıb. Ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 1220 layihədən 325-ı nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir. 
       Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan da müsabiqənin əsas məqsədlərindəndir.      
       Müsabiqəyə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, əlavə təhsil ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər qatılıblar.

          Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.   
         Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” operatoru tərəfindən dəstəklənir.
      2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə 6000-dən artıq layihə təqdim olunub.

 

       #TəhsilNazirliyi #EduAz #ElektronTəhsil #Müsabiqə #Məktəb #Müəllim#Şagird


Paylaş


Şərhlər

Kemale

7 Yan 2017 12:00

Kimya fenni üzre gonderilen"vlll sinif kimya kursu ûzre ll yarimillik material esasinda kećirilen ümumileshdirici ders" elektron resursu haqqinda bir melumat almaq isterdim.Bu elektron resurs mûtexessisler terefinden nece qiymetlendirildi.

Məlahət Osmanova

30 Dek 2016 00:00

salam  neçe  vaxti  gözleyirem  .tez- tez  sehifeni  izleyirem  qalibler  helede  bəli  deyil ? Nə  vaxt  açiqlanacaq qaliblər .

Anar

29 Dek 2016 22:00

BURA NECƏ  İŞ YERLƏŞDİRMƏK OLAR

Qiyafət

15 Dek 2016 15:00

Salam. Mən 204 saylı məktəbin informatika müəllimi Fərruxova Qiyafət.Müsabiqəyə " Tədris üçün ən yaxşı elektron metodiki tövsiyyə/sənəd" nominasiyası üzrə "İnformasiya resursları" iş göndərmişəm. Mənim işim müsabiqəyə göndərilən digər işlərdən fərqlənir.Mən bu işimdə veb 2 alətlərindən (mindomo, powton,emaze) istifadə edərək saytlara keçid etmişəm.https://wordpress.com/pages/5asinifiblog.wordpress.com mövzuya uyğun olaraq bloq yaradılıb. Mənim işim nəinki nominatlığa hətta 1-ci yerə layiq işdir. Görünür münsiflər işi tam dəqiqliyi ilə veb 2 alətlərinə keçid edərək baxmayıblar. İnanmaram kı,hörmətli münsiflərimiz o cür işi bəyənməsinlər.Xahiş edirəm komisiya mənim işimə baxsın.

Xatire

14 Dek 2016 15:00

Nominantlarin neticeleri ne zaman mueyyen olacaq?

Xatire

14 Dek 2016 15:00

Nominantlarin neticeleri ne zaman mueyyen olacaq?

GUNEL

6 Dek 2016 20:00

Inaniram ki bu IL Haciqabul rayonu uzre de qalib gelen olacaq. Her IL muellimler is gonderir Amma netice olmadigi ucun hevesleri getdikce azalir bu musabiqeye

Məlahət Osmanova

30 Noy 2016 18:00

Necə  öyrənmək  olar  nominantları.İnşallah xeyirlisiynen  mənim işimdə  nominantlar arasında  olar .

Adile

29 Noy 2016 20:00

Nece oyrenim dersim kecib yoxsa yox

Nəzrin

29 Noy 2016 13:00

Dərsimizin qəbul olunduğunu necə bilə bilərik?

Səhifələr: 1 2 Növbəti

Şərh əlavə et

CAPTCHA