"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Xəbərlər

"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİNİN I MƏRHƏLƏSİ BAŞA ÇATIB.

"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİNİN I MƏRHƏLƏSİ BAŞA ÇATIB.

Müsabiqənin I mərhələsinə 1313 layihə təqdim olunub. Onlardan 93-ü müsabiqənin şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib.

Yekun olaraq, musabiqəyə 1220 layihə qəbul edilib. Onların 744-ü müəllimlər, 438-i sagirdlər, 38-i isə məktəblərin inzibati heyətləri tərəfindən göndərilib. Layihələr ümumi mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirlmək üçün müsabiqənin Ekspert Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominantların adları cari ilin noyabr ayının sonunda elan ediləcəkdir.

Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını araşdırmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.

Müsabiqə “Dr. Web”, “AzEduNet”, “Ultra”, “Edumediya-Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaqdır.

Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə, 6000-dən artıq layihə təqdim olunub.


Paylaş