Layihələrin qeydiyyatının başa çatmasına
20 gün qalıb

Daxil ol

Statistika

Təqdim olunan layihələr

Cəmi layihələr:

58

Qəbul olunan layihələr:

52

Təsdiq gözləyən layihələr:

1

Qəbul edilməyən layihələr:

5


Qeydiyyatdan keçənlər

Müəllim:

5471

Tələbə:

1704

Şagird:

4742

Valideyin:

591

Digər:

1286

Əli Kərim "Qaytar ana borcunu" şeirinin təhlili Məşhur

Internet Səhifə
Əli Kərim.pptx (18562 baxış)
Şabran şəhər R.Yusifov adına 2 №li texniki-təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şeydayeva Kəmalənin ədəbiyyatdan Ə.Kərimin “Qaytar ana borcunu” mövzusunda keçirdiyi açıq dərsin
İCMALI
Fənn : Ədəbiyyat
Sinif : VII
Dərsin adı : Əli Kərimin “Qaytar ana borcunu” şeiri
Mətnin növü : Bədii
Dərsin metodu : Beyin həmləsi, qruplarla iş, cütlük şəklində iş, fərdi şəkildə iş.
Dərsi tamamlamaq üçün lazım olan vaxt : 45 dəq
Dərsin məqsədi : 1. Ana haqqında ,onun əvəzolunmazlığı ,övladın anaya olan borcu, ananın borcunu heç bir şeylə qaytarmaq olmaz kimi fikirləri şagirdlərə aşılamaq.
2. Mövzu ilə bağlı şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək.
Dərsdən gözlənilən nəticə :
Şagirdlər yeni bilik və bacararıqlar qazanır və həmin bilikləri müstəqil şəkildə şərh edirlər.
Dərs üçün lazım olan material : dərslik , kompyuter ,proyektor, kartoçka.
DƏRS PROSESİNİN ətraflı izahı
Salamlaşma və davamiyyətin yoxlanılması : 3 dəq
Sinfə daxil olub dərsi Azərbaycan Respublikasının Dövlət himni ilə açıram. Davamiyyəti sinif nümayəndəsinin məlumatı əsasında yoxlayıb, Rəşid Behbudovun ifasinda”Ana”mahnısını səsləndirirəm. Mahnının nə haqqında olduğunu soruşuram. Şagirdlərdən Ana sözünü aldıqdan sonra klaster üsulundan istifadə edərək problemli situasiya yaratmaq üçün proyektor vasitəsi ilə həll ediləcək məsələni şagirdlərə təqdim edir və motivasiyanı qururam : 5 dəq
Mövzunun adını – “Ana” sözünü alıb dərsin üzərində iş qururam. Sonra tədqiqat sualını elan edərək şagirdləri qruplar şəklində 4 qrupa bölürəm. Qrup liderləri özlərini təqdim edir.
Şagirdləri qruplara ayırmaq : 2 dəq
Keçən dərsin sorğusu : 5 dəq
Tədqiqat başa çatdıqdan sonra liderlər işlərini təqdim edirlər. Sonra yeni mövzudan öyrəndiklərini VENN diaqramı və BİBÖ cədvəlində yerinə yetirir və təhlil edirlər.
Yeni dərsin izahı : 10dəq
İlk öncə özüm ana , onun həyatımızda yeri , ananın varlıqların ən alisi olması haqqında məlumat verirəm. Əsərdəki övladın dönüklüyü, bunun səbəbi , övladın anaya olan borcu və s. məlumatları şagirdlərin nəzərinə çatdırıram. Daha sonra əsər hissə-hissə şagirdlərin iştirakı ilə ifadəli şəkildə oxunub ,təhlil olunur.
Qruplara verilən tapşırıq : 6 dəq
Hər bir qrupa ayrıca test, işçi vərəqi, BİBÖ cədvəli təqdim edirəm.
Şagirdlərin tamamladığı işi təqdim edəcəkləri vaxt : 12 dəq
Dərsi müsahibə yolu ilə yekunlaşdıraraq ümumi nəticəyə gəlir və ev tapşırığı verirəm.
Dərsin sonunda şagirdləri fərdi və meyar cədvəli əsasında qiymətləndirirəm.
Qiymətləndirmə və ev tapşırığı: 2dəq
Dərs coğrafiya, tarix, təsviri incəsənət, musiqi fənlərinə inteqrasiya olunub.
Rəylər (191)
baxılıbagayev, may 3, 2012
Çox gözəl bir mövzuya toxunmusunuz və ANA obrazını cox gözəl şəkildə əks etdirmisinz. Uğur qazanar inşallah..
baxılıbOwn_17, may 3, 2012
Hazirladiginiz mövzu mezmun baximindan chox maraqli ve geniw mövzudur. Ugurlar!
baxılıbyawar, may 3, 2012
dersde sistemlilik, fikir ardicilligi gozlenilmisdir..aydin, anlawiqli ve bawa duwulendir..ugurlar size
baxılıbfuad.s, may 3, 2012
sagirdlere teqdim olunan testler,is vereqeleri,BIBÖ cedveli, VENN diaqrami yeni tedris proqraminda cox ehemiyyetlidir..dersde de bunlardan cox etrafli istifade olunub
baxılıbelvin426, may 3, 2012
orta tәhsil bazasindan kurikulumun tәtbiq olunmadigi halda müәllimәnin belә yüksәk keyfiyyәtli dәrs hazirlamasi tәqdirәlayiqdir
baxılıbhuseyn87, may 3, 2012
sagirdlerin muxtelif tapsiriqlari yerine yetirmesi,duwundurucu suallar hazirlamasi yaxwidir.ugurlar
baxılıbyasin, may 3, 2012
Sagirdlere yeni telim metoduyla dersi izah edib,tehlil vermeyiniz cox yaxwidir..men sevinirem ki bolgelerimizde de muasir telim metodlarindan yeteri qeder istifade olunur
baxılıbekberov, may 3, 2012
Müellime heqiqeten cox gözel mövzuya toxunmusuz.sagirdlere ananin müqeddesliyini,evezolunmazligini basa salmaginiz cox yaxwidir..
baxılıbmr.zaur, may 3, 2012
tapwiriqlarin muxtelifliyi diqqetimi celb etdi
baxılıbpervin85, may 3, 2012
ugurlar muellime..inwallah zehmetinizin evezini layiqince alarsiz
baxılıbazad91, may 3, 2012
seirin tehlili cox gozel verilib..heqiqeten de analar muqeddesdi,ananin zehmetini,eziyyetini hece sayan ovlad xeyir tapmaz
baxılıbdilara1, may 3, 2012
ugurlar.cox gozel layihedir..istifade olunmus materiallar,sekiller cox yerinde istifade edilib
baxılıbNurlan_S, may 3, 2012
ugurlar muellime..eminem ki bu eserin tehlilinden sagirdler yaxsi netice cixariblar..cox etrafli hazirlanib.insallah layiqli yer tutar
baxılıbLeyluwa, may 3, 2012
ovladin anaya donukluyu bagiwlanmazdir..sagirdlere tovsiyyem budur ki eserimizin qehremanina benzemesinler
baxılıbterlan89, may 3, 2012
derse baxdim.cox beyendim.sagirdlerin komanda seklinde is gormeleri,movzu barede serbest fikre sahib olmalari cox gozeldir.ugurlar
baxılıbRuqqo, may 3, 2012
Kemale müəllimə dərsiniz təqdərəlayiqdir.Görünür ki,hər bir slayd üzərində çox əziyyətlə işləmisiniz.Təqdim olunan iş təhsil proqramlarına və tədris prosesinin təşkili üçün mövcud olan normativ tələblərə uyğundur.Məzmun isə orijinaldır.Uğurlar.
baxılıbGülşən 46, may 2, 2012
Kəmalə müəllimə dərsinizi izlədim və cox bəyəndim.Maraqlı və mənalı mövzu seçdiyinizə görə təşəkkür edirəm.Əlbəttə ki ananın borcunu qaytarmaq mümkün deyil.Bu müqəddəs hissləri şagirdlərə aşıladığınıza görə sizə bir daha təşəkkür edirəm .uğurlu yollar!
baxılıbnurlan777, may 2, 2012
sizin dersinizi izledim cox beledim size uqurlar arzulayiram.
baxılıbSoli, may 2, 2012
Hormetli Kemale muellime sizin dersinizi beyensdim.Dersin elektron variantinda olmasi sagirdlerin dersi san sekilde qavramasina komek edir.Hemde ders yeni telim metodlarina tam uyqundur.men eminem ki, ders oz layiqli yerini tutacaqdir
baxılıbgunel777, may 2, 2012
salam kemale muellime men sizin dersinizi izledim ve cox beyendim size uqurklar arzu edirem.Bir sagird kimi sziin uqurlariniz meni cox sevindirir.size uqurlar arzu edirem
Səhifə 7 > 10-dən