Daxil ol

Statistika

Təqdim olunan layihələr

Cəmi layihələr:

1105

Qəbul olunan layihələr:

978

Təsdiq gözləyən layihələr:

0

Qəbul edilməyən layihələr:

127


Qeydiyyatdan keçənlər

Müəllim:

6918

Tələbə:

1873

Şagird:

5345

Valideyin:

638

Digər:

1395

Onluq kəsrlər ölkəsinə səyahət

Internet Səhifə
Onluq Kesr.ppt (3983 baxış)
Onluq Kəsrlər Ölkəsinə Səyahət

Bu dərsin əsas maraqlı tərəfi ondan ibarətdir ki, Burda şagirdlər interaktiv şəkildə, Onluq kəsrlər haqqında keçmiş dərslərdə əldə etdikəri bilgiləri yenidən möhkəmləndirmiş olurlar.Bu dərsdə şagirdlərə, onluq kəsrləqrin yaranma tarixi, bu sahədə böyük xidmətləri olan alimlər haqında geniş məlumat verilir. Dərsə başlamamışdan öncə mən şagirdlərə dərsin məqsədi haqında məlumat veririəm. Dərsin əsas məqsədi:

- Şagirdlərin biliklərinin təkrarlanması və möhkəmləndirilməsi
- Keçilən mövzu haqqında bilik və bacarıqların yoxlanılması;
- Şagirdlərin diqqətliliyini və sərbəstliyinin tərbiyə edilməsi ;
- Məntiqi təfəkkürün inkişaf etdirilməsi.
Daha sonra şagirdlərə, Əziz uşaqlar bu gün biz Sizinlə qeyri – adi səyahətə yollanacıq: Bu Onluq Kəsrlər ölkəsi olacaq deyirəm.
Bu ölkədə biz bir neçə dayanacaqlar edəcəyik. Bu dayanacaqlar: Tarixi , Sehrbazlar, Sirli, Çox Bilənlər, Kitabsevərlər, Müdrüklər. Hər bir dayanacaqda Sizdən öz bilik və bacarıqlarınızı göstərmək tələb olunduğu haqqında onlara məlumat verirəm. Daha sonra onlara gəlin səyahətə yollanaq deyirəm. Səyahətə yollanmamışdan öncə şagirdlərə Qaydaları izah edirəm. Onlara hansı biliklərimizdən istifadə etməyimiz haqqında məlumat verirəm.
1)Onluq Kəsrlərin toplanması və çıxılması.
2)Onluq Kəsrlərin natural ədədlərə vurulması.
3) Onluq Kəsrlərin 10,100,1000 və sair vurulması və bölünməsi
4) Onluq Kəsrlərin 0,1; 0,01; 0,001 və sair vurulması
5) Onluq Kəsrlərin bölünməsi

Bu mərhələdən sonra dərsə keçid alıram və şagirdlərə bir neçə şifahi hesablamalar verirəm
1) 0,7 - 0,3 2) 0,6 + 9
3) 0,98 ∙1000 4) 0,83: 10
5) 26,1: 0,1 6) 373 ∙0,001
7) v = 20,3кm/s, t = 3s. S-i tap
Bundan sonra ilk dayanacağımıza keçid alırıq - Tarixi dayanacaqda dayanmaq üçün aşağıdakı tapşırıqları həll edək:
1) Tənliyi həll edin
х : 1,8 = 0,15
2) Səmərəli üsulla həll et
7,8 ∙4,6 + 2,2 ∙ 4,6
3) Əməlləri həll et
14,6 - 0,037∙ 100
4) Məsələni həll edin:
Maşın 48,4 кm/saat sürətlə 3 saat
və 56,6 кm/saat sürətlə 5 saat yolda oldu.
Bütün yolun uzunluğu nə qədərdir?
Cavablar:
1) 0,27
2) 46
3) 10,9
4) 428, 2 кm

Daha sonra mən şagirdlərə Onluq Kəsrlərin tarixi haqqında məlumat verirəm.

Kəsrlər ilk dəfə Qədim Şərqdə insanların ovadıqları ovu əldə etdikləri qənimətlərin bölüşdürülməsi zamanı məhz bu əsrdə yaşayan müdrik insanlar tərəfindən yaranıb . Qədim Misirdə əsasən ilk zamnlarda surətində 1 duran, 1/2; 1/3; 1/28 , Qədim Bailistanda isə məxrəcində 1 duran kəsrlərdən istifadə edirdilər. Kəsrlər üzərində müxtəlif əməllərin aparılması orta əsrlərdə riyaziyyatda ən çətin sahələrdən biri hesab olunurdu. Kəsrlər üzərində müxtəlif əməllərinin aparılmasını asanlaşdırmaq üçün onluq kəsrlər işlənib hazırlandı. Avropada bunu elmə 1585 –ci ildə ildə hollandiyalı riyaziyatçı mühəndis Simon Stevin gətirdi. Onun düşndüyü forma belə idi: 14,38
Rəylər (9)
baxılıbİlhamə, may 19, 2011
Salam Samirə xanim çox maraqlı dərsdir. Şagirdlərə bu cür onları yormadan dərs keçəndə mövzu onlara çətin gəlmir. Sizə bütün işlərinizdə uğurlar arzu edirem.
Salam Samirə xanım. Mən çox sevinirəm ki bu günkü Azərbaycan təhsilində sizin kimi gənc müəllimlər öz yaradıcılıqlarını göstərə bilirlər. Dərsinizlə tanış oldum və təcrübəli müəllimə kimi deyə bilərəm ki tətbiq etdiyiniz bu üsul əyləncəli olub şagirdlər üçün çox maraqlı olacaq. Gələcək işlərinizdə sizə müvəffəqiyyətlər arzulayıram.
baxılıbtagiyevailaha, may 16, 2011
Salam, Samirə xanım. Sizin təqdim etdiyiniz "Onluq kəsrlər ölkəsinə səyahət" dərsi şagirdlərin diqqətini, məntiqi təfəkkürünü inkişaf etdirən bir dərsdir. Bu dərsdə digər fənlərlə əlaqə də güclüdür. Onluq kəsrlərin tarixinə səyahət şagirdlərin onluq kəsrlər haqqında biliyini daha da dərinləşdirir.
Şagirdlər burada yerləşdirilmiş əyləncəli çalışmaları yerinə yetirməklə həm biliklərini möhkəmləndirmiş olur, həm də tapmacaların cavabını düzgün tapır.
Uğurlar, Samirə xanım.
baxılıbr_azeri, may 12, 2011
Samire xanim Sizin dersinzi menim chox xoshuma geldi. Menim oqlum 5-ci sinifde oxuyur. Desr chox xoshuma geldi ve ona bu dersi verdim. Maraqli misal kimi etdi. Menim ovadim Xirdalan shehr 8 nomreli orta mektebde oxuyur. Tessuf ki onlara bele dersler kechmirler. Maraqli movzu idi. Men ixtisasca riyaziyatchiyam Sizin dersiniz menim chox xoshuma geldi esas da seyahetlerle ushaqlara oyretmek dayanacaqlar chox maraqli dersdir Birdaha Sizi tebrik edirem
baxılıbayten-hesenova, may 11, 2011
Samire mualime Sizi tebrik edirem chox xoshuma geldi dersiniz. Maraqli dersdir. umid edirem ki, yer tutarsiniz. Sevinirem ki, Sumqayit sherinden bele maraqli ders hazirlayan bir muallime var
baxılıbsahib-1, may 11, 2011
Samire muallime Bu dersiniz menim chox xoshuma geldi. Bu dersiniz maraqli dersidir. Esasende bu dersin oyun shekilinde olmasi menim daha chox xoshuma geldi. Seyahetlerle bele dersin qurulamsi yaxshdiir. İsterdim ki, bele bir dersi yuxari sinifler uchunde gorem Tebrikler
baxılıbaidebedirova, may 11, 2011
Salam, Samirə xanım. Maraqlı dərs qurmusuz. Sizi təbrik edirəm. Mən belə düşünürəm ki, bu dərsdə fəal olmayan şagirdlər də aktiv olacaqlar. Yenə tədris modelində də biz müəllimdən bu tələb olunur. Sizə uğurlar!
Salam hormetli Samire xanim. Bele bir maraqli ders uchun Size teshekkur edirem. Ders heqiqetende menim chox xoshuma geldi. Dersin en maraqli terefi onun oyun sheklinde eyence formasinda qurulmasisir. Men bu derse dunen baxdiqdan sonra sevindim ki yaxshi ki bizde de be le yaradici muallimler var. Hesab edirem ki, bu dersin formasinda qurulan diger dersıeride shagirdlere oyretmek olar. Mehz bu usulla. Bu usulun bir maraqli terefi de ondan ibaretdir ki, bu dersler psixoloji meqamlarida ozunde eks etdirir. Bu shekilde dersi hesab edirem ki, deger meketebilerin mualimleride isteifade etmelidir. Teshekkur edirem Size. Dersnizin menim chox xoshuka geldi. Minnetdaram
baxılıbAMAZON, may 7, 2011
Salam.Çox maraqlı bir üsuldur.İlk baxışdan şagirdlərin diqqətini cəlb edəcək kimi görünür.Təbriklər....