Daxil ol

Statistika

Təqdim olunan layihələr

Cəmi layihələr:

1105

Qəbul olunan layihələr:

976

Təsdiq gözləyən layihələr:

28

Qəbul edilməyən layihələr:

101


Qeydiyyatdan keçənlər

Müəllim:

6918

Tələbə:

1873

Şagird:

5345

Valideyin:

638

Digər:

1395

Tutum vahidi. Riyaziyyat. 1-ci sinif

Internet Səhifə
TUTUM_ VAHİDİ.pps (2446 baxış)
1-ci sinif, riyaziyyat dərsinin "Tutum vahidi" mövzusunda keçirilmiş dərs? kurikulum tələblərinə cavab verə biləcək tərzdə hazırlanıbdır. Metodiki baxımdan çox sadə hazırlanmış təqdimat asan və şagirdlər tərəfindən yaddaqalandır. İlk sladlarda müəllim müxtəlif tutumlu qablar haqqında şagirdlərdən rəy alır. Sonra müxtəlif sorğular aparılır. Tapmacalarla "lirt" sözünü tapırlar. Aradakı slaydda "Kim sevirsə idmanı" musiqisi sədaları altında şagirdlərlə 2-3 dəqidə ayaqüstü idman hərəkətləri edirlər. Bu üsul şagirdlərin yorğunluğunu aradan qaldırar.
Sonra isə növbəti riyazi məsələlərin oyun şəklində həlli aparılır. Misalları şagirdlər ona görə həll edirlər ki, 14-cü sladdakı adadakı sandığa çatsınlar. Nəhayət çatanda siçanın göstəricisini sandığın üzərinə bir dəfə tıqlamaqla sandıq açılır. Və oradan müqəddəs kəlamlar çıxır...
Nəhayət materialın öyrənilməsinə yekun qoyulur. Şagirdlərin aktivliyi, fəallığı və çeviklyi müəllim tərəfindən nəzərə alınaraq, sonda qiymətləndirilir.
Bu cür keçirilən dərs 1-ci sinif şagirdlərinin mövzunun daha da yaxşı mənimsənilməsinə köməklik göstərər.

Hörmətlə, Almaz Həsrət
Rəylər (7)
baxılıbCodename47, iyun 14, 2010
wow!hetta riyaziyyat da)))
baxılıbPərvanə, may 26, 2010
Hörmətli Almaz xanım. Men bir fizik kimi burda yerləşdirilən fizika ilə bağlı layihələrlə maraqlanıram. Sizin TUTUM VAHİDİ layihənizə baxanda öncə fikirləşdim ki, fizika ilə bağlıdır. Lakin Riyaziyyat. 1-ci sinif gördükdən sonra 1-ci sinif Riyaziyyat dərsliyində Tutum vahidi başlığı altında mövzuya baxdim. Sizin Litr haqqında yazdığınız tərifin yalnış olduğunu və bir də 1-ci sinif şagirdləri üçün kub santimetr anlayışını daxil etmək düzgün olmadığını nəzərinizə çatdırmaq istəyirəm.
Ümid edirəm ki, bundan sonraki işlərinizdə belə səhvlərə yol verməzsiniz.

Uğurlar!
Layihəni təqdim edənin cavabı

Salam, Pərvanə xanım. Şərhinizə və diqqətinizə görə təşəkkür edirəm.
Nəzərinizə çatdırmaq istərdim ki, mən bu təqdimatı dərsin gedişini izləyərək hazırlamışam. Bu dərslikdən köçürülmə deyil, real dərsin gedişi zamanı izlədiklərimi əks etdirmişəm. Təbii ki, burada müəyyən yanlışlar ola bilər və Sizə də təşəkkür edirəm ki, belə hallara diqqət yetirmisiniz...
Bir daha Sizə öz təşəkkürümü bildirirəm.

Hörmətlə, Almaz Həsrət

Vüsal Şəfiyev, lütfən bioqrafiyamı tam oxuyun. Misal üçün, öyrənin ki, mən energetikanı da bitirmişəm, Kanadada İnsan Haqları Məktəbini də bitirmişəm, yenə də Kanadada İnternet - veb dizayn kursunu da bitirmişəm, kitabxanaçı olmaqla bərabər uzun müddətli jurnalist təcrübəm də var və üstəlik də Azərbaycanı bir çox beynəlxalq qurumlarda təmsil edən ilk və tək şəxs də mənəm... Yəni zamanınız olunca mənim bioqrafiyamı axıra kimi oxuyun. Sonra da internetdə axtarış aparıb mənimlə bağlı qarşınıza çıxacaq 100 mindən artıq nəticəni də bir gözdən keçirin və s.

Almaz xanımın yerinə cavab verməyə gəlincə, mən sadəcə ədəb qaydaları çərçivəsindən çıxanlara cavab vermək məcburiyyətində qalıram. Pedaqoji və etik çərçivələri aşmadan onu tənqid edən heç kimə bir kəlmə də olsun yazdığım yoxdur. Yazdıqlarımı diqqətlə oxusanız bunun şahidi olarsınız...
Hörmətli həmkarlar, mənə elə gəlir ki, buradan çat və ya forum kimi istifadə etdiyimiz yetər...
Ürək sözlərinizi mənim email-mə (bilgi@almazhasret.com) və ya saytıma göndərə bilərsiniz.
İnanıram ki, məktublarınız ədəb qaydalarına və internetdə davranış qaydalarına (yazışmada) uyğun olacaqdır...

Hörmətlə, Almaz Həsrət
http://www.almazhasret.com
baxılıbVusal Shafiyev, may 25, 2010
Azər Həsrət bəy! Siz “kitabxanaçı-bibliograf” ixtisasını bitirmisiniz, jurnalist kim çalışırsınız, 2010-cu il Milli Məclis seçkilərinə 34 saylı Xətai II seçki dairəsindən müstəqil namizəd olaraq mübarizəyə qoşulmusunuz. Olmazmı ki, Siz bu aktivliyinizi belə işlərdə göstərəsiniz. Alzmaz xanım isə müəllimə kimi səbr və maraq göstərib bəzi işləri özü oxusun və istədiyi halda rəy versin.
Layihəni təqdim edənin cavabı

Vüsal Shafiyev mən sizə dedim axı şəxsi işimizə qarışmayasınız. Əgər insan və peqaqoqsunuzsa mən aydın, türkün ana dilində dedim ki, mənim işlərimə rəy verin...dava-dava deməyin...Yetər!!! Bu savadsız ifadələrə son qoyun, bura forum və ya çat deyil!!! Sözünüz varsa gəlin mənimlə üz-üzə görüşüb danışaq! Ayıbdır! Bizim ailəmizin tarixçəsini bilməyinizin isə sizə heç bir dəxli yoxdur!!!

İmza: Almaz Həsrət
http://www.almazhasret.com

nasim adlı şərhçinin bu işə baxdığına şübhəm var. Çünki bu iş sadəcə proyektor vasitəsilə divarda bir-iki banka şəkli göstərməkdən ibarət deyil. Burada həm oyun var, həm tapmaca, həm də yetərincə interaktivlik. Özü də bu iş sadə və "ibtidai sinif şagirdinin hazırlaya biləcəyi təqdimat səviyyəsində" də deyil. Məncə, bir işə şərh yazmazdan öncə ona diqqətlə baxıb anlamaq daha düzgün olardı.
baxılıbnasim, may 25, 2010
İbtidai təhsildə İT-dən istifadə üzrə ən yaxşı metodika" -deyəndə görəsən müəllif nəyi başa düşür: bəlkə, proyektor vasitəsilə lövhəyə 5-6 banka şəkli verməyimi, yoxsa dərsin interaktiv formada keşirilə bilməsi üçün yeni bir metodikanı?
POWER POINT proqramı ilə prezentasiyaları artıq ibtidai sinif şagirdləri hazırlayırlar.

Bəlkə düşünəsiniz?