"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Office Mix - Power Point təqdimatlarını interaktiv dərsə çevirən vasitədir

Müəllif Məmmədova Şirin | 0 Şərh

Nominasiya: Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd

FAYL -

https://mix.office.com/watch/1k4wy0ipori4c
Təqdim edilən elektron metodiki resurs, tədris prosesində çox geniş istifadə olunan Power Point təqdimatlarına interaktivlik verərək canlandıran Office Mix əlavəsi haqqındadır. Bu əlavə təqribən 2 il öncə Microsoft şirkəti təfindən yaradılmış və getdikcə dünya üzrə təhsil işçilərinin böyük rəğbətini qazanmaqdadır. Office Mix – in üstünlükləri nədir? Power Point proqramında təqdimat yaradarkən slaydlara asanlıqla rəsmlər və videolar əlavə etmək imkanı, mövzuya uyğun interaktiv tapşırıqların daxil edilməsi, əlavə edilən videoların redaktə edilməsi, slaydlar üzərində qeydlərin aparılması, ekran çəkilişi və s. Mix vasitəsi ilə hazırlanan təqdimatı internetdə paylaşaraq həmkarların rəy və təkliflərini eşitmək imkanı da stimulverici bir cəhətdir. Hesab edirəm müəllim və şagirdlərin Power Point proqramı ilə tanış olmaları, onlara Office Mix-i asanlıqla tətbiq etməkdə böyük köməklik edib sevimli alətlərinə çevirəcək.


Geri qayıt


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər