"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

“Virtual Kollec ”Layihəsi

Müəllif Məmmədova Nərmin | 0 Şərh

Nominasiya:

FAYL -

Distant təhsil – müəllimlə birbaşa əlaqə olmadan, təhsil müəsissələrindən istənilən məsafədə yerləşərək (evdə, işdə, tədris mərkəzlərində) təhsil ala bilmək imkanıdır. İnternet Texnologiyalarının tətbiqi ilə Distant təhsil alanın ixtisasına və fərdi tələbatına əsaslanan professional təhsilin müasir universal formasıdır. Eyni zamanda öyrəncilərə fərdi xüsusiyyətlərinə uyğun olaraq peşəkarlıq səviyyələrinin artırılmasına imkan yaradır. Bu təhsil prosesində tələbə müəyyən vaxt ərzində interaktiv rejimdə tədris-təcrübi materialları öyrənir. İnternet və digər kommunikasiya vasitələrinin köməyi ilə müəllimlərin rəhbərliyi altında yoxlama işlərini yerinə yetirir, testləşmədən keçir. Üzürlü səbəbdən dərsdə iştirak edə bilməyən tələbələrə, dərsi tam mənimsəyə bilməyən tələbələrə online dərslərin təşkilinə xidmət edir. Tələbə buraxdiqları dərsi yenidən dinləməyə ehtiyac bildikləri dərsləri dinləməyə imkan yaradır. Eyni zamanda elektron sınaq qiymətləndirmə imtahanından yararlana biləcəklər. Bu onların həyəcan hissini yox edir, imtahana hazırlıq üçün daha məsuliyyətli olmaqlarına, özlərini sınamağa şərait yaradır. Hal-hazırda Distant təhsil təhsilin sürətlə inkişaf edən formalarından biridir. Web serverlərin və müasir kompyuterlərin proqram təminatının mövcud olan imkanları qlobal şəbəkə vasitəsilə təhsil ala bilmək üçün interaktiv proqramların yaradılmasını mümkün edir. İnternet texnologiyalarına əsaslanan Distant təhsil öz imkanlarını genişləndirir və ona beynəlxalq internet şəbəkəsi və televiziya, konkret öyrətmə texnologiyalarının sintezini əks etdirən perspektiv təhsil sistemi kimi baxılır. Bu yeni təhsil forması potensial öyrəncinin geniş dairəsi üçün biliyin paylanmasının intensifikasiyasına imkan yaratmaqla yanaşı, yeni bilik və texnologiyaların istehlakçıları arasında təhsilin bazar mühitini formalaşdırır. Elektron kollecin fəaliyyəti Azərbaycan respublikasında kolleclərarası online əməkdaşlıq yaradır. Həmçinin beynəlxalq əməkdaşlıq imkanları açır.


Geri qayıt

Paylaş


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər