"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

e-library

Müəllif Nəbiyeva Nigar | 0 Şərh

Nominasiya: Elektron təhsil üzrə ən yaradıcı startap ideya.

FAYL -

Bildiyiniz kimi hər il, ümumilikdə bütün ali təhsil müəssisələrinə təxminən 45.000 tələbə qəbul olur. Bununla bağlı dərs vəsaitlərinin yetərli olmadığını düşünərək e-library layihəsini sizə təklif etmək qərarına gəldik. Ondan başqa bir sıra problemlər var ki bunları Sizin nəzərinizə çatdırmaq istərdik. Mən Azərbaycan Texniki universitetinin 3-cü kurs tələbəsiyəm. Bütün qabaqcıl universitetlərdə olduğu kimi bizim universitetədə qəbul olan tələbələrin sayı çox olduğundan, biz də bu problemlə qarşılaşdıq. Bu və bir sıra problemlərlə qarşılaşdığımız üçün və ətrafımızdaki tələbələrdə kitab çatışmamazlığı artıq qlobal bir problemə çevrildiyinə görə Sizə bu layihəni seçməyinizi təklif edirik. Daha sonra universitetlərdə kitab və vəsaitlərin satışı problemini qeyd etmək istərdim. Düşünürəm ki, kitabxanaya üz tutarkən qeydiyyat prosesində sənədlərin toplanması kimi mərhələlər vaxt itkisidir. Bir tələbə üçün vaxtın necə dəyərli olduğunu yalnız tələbə olduqda bilmək olar. Buda e-library layihəsinin bir daha məqsədəuyğunluluğunu göstərir. Bildiyimiz kimi bu günki gundə rəqəmsal dünya bütün qabaqcıl ölkələrin istər təhsil istərsədə digər sahələrdə böyük uğuruna səbəb olmuşdur. Ali təhsil müəssisələrində dərslərin və dərs vəsaitlərinin rəqəmsal dünyaya inteqrasiya olunmaması problemini yaşayırıq. Eləcə də kitablarda və dərs vəsaitlərində korroziya , yəni cırılma, əzilmə və s. Kimi problemlərlə qarşılaşırıq. Bu və bu kimi problemləri nəzərinizə çatdırıb bizim təklif etdiyimiz layihəni reallaşdırmağı sizlərə təklif edirik.


Geri qayıt

Paylaş


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər