"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

"Mənim yaşıl şəhərim!"

Müəllif Qafarova Könül | 0 Şərh

Nominasiya:

FAYL -

Çağdaş dünyamızda ekoloji böhranın ümumbəşəri təhlükə olmasına heç kim şübhə etmir. Məhz ona görə də qlobal ekoloji təhlükənin hamımıza aid olmasını qəlbən şüurlu olaraq dərk etməklə, əməli iş üçün həm birgə, həm də fərdi təşəbbüslər göstərməliyik.Ətraf mühitin mühafizəsi problemləri hazırda əsasən 3 başlıca səviyyədə həll olunur: Ölkə, regional və qlobal səviyyədə. Biz isə ilk olaraq öz şəhərimiz olan Sumqayıtdan başlamaq istəyirik.Məqsədimiz bu layihəyə başqa şəhərləri də qoşub ölkəmizə az da olsa xeyir vermək və onun üçün əlimizdən gələni əsirgəməməkdir. Biz Sumqayıt şəhər 26 № li tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Şükürova Arzu və ingilis dili müəllimi Qafarova Könül şagirdlərlə birlikdə “Mənim təmiz şəhərim”komandasını yaratdıq. Məqsəd Şəhərimizi ətraf mühit çirklənməsindən qoruyur. Ətraf mühitin qorunması ilə bağlı bacarıqları nümayiş etdirir.Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.Gündəlik həyatda ətraf aləm və onun təmizliyinin qorunması qaydalarına əməl edir.Şəhərin küçə və parklarında təmizlik işləri aparır“Hərəyə bir ağac əkək!”( Ümummilli liderimiz Heydər Əliyevin nəsihəti) ,Ətrafdakı insanlara “Mənim yaşıl şəhərim!”!şüarını aşılayır. Ətraf mühitin təmizliyi üçün təbliğat xarakterli Posterlər hazırlayır. Etwinning portalında bu layihə yerləşdirirlir.Şagirdlərin bütün işləri orada twinspace-də öz əksini tapır və layihəyə bir neçə Avropa ölkələrinin məktəbləri,müəllim və məktəbliləri cəlb edilir.Skype bağlantılar olur.


Geri qayıt

Paylaş


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər