"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Yarımil və İllik qiymətin hesablanması cədvəli

Müəllif Həsrətov Alqış | 1 Şərh

Nominasiya: Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd

FAYL -

https://userscloud.com/k5fvoc1sypjq
Ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir. Şagirdlərin summativ qiymətləndirmə zamanı aldıqları qiymətlər nəticəsində yarımil qiymətləri, yarımil qiymətləri nəticəsində isə illik qiymətləri hesablanır. Bu hesablanmanın müəyyən qaydalara əsasən aparılması müəllimlərin vaxtını, ən əsası isə müəyyən səhvlərin edilməsinə gətirib çıxarır. Bütün bunları nəzərə alıb MS Excel proqramının imkanlarından istifadə edərək Yarımil və illik qiymətin hesablanması cədvəlini hazırlamışam. Bu cədvəl Azərbaycan Respublikası Təhsil Nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT" a əsaslanaraq hazırlanmışdır. İllik qiymətlərin çıxarılması da son dəyişikliyə (Azərbaycan Respublikasının Təhsil Naziri, 7 iyul 2014-cü il, № 782 ) uyğunlaşdırılmışdır. Bu elektron sənəddə 4 bölmə var: 1. Yarımil və illik qiymətin hesablanması cədvəli 2. Qiymət cədvəli 3. Müvəqqəti təlimat 4. Müvəqqəti təlimatda dəyişiklik Yarımil və illik qiymətin hesablanması cədvəli. Bu cədvəldə siz şagirdlərin soyadı, adı, ata adını və Summativ qiymətləndirmə (Kiçik və Böyük summativ) qiymətlərini yazırsınız. Fənninizə uyğun yarımillər üzrə neçə KSQ-niz varsa onları qeyd edirsiniz, digər KSQ sütunlarını boş saxlayırsınız. Qiymətlər yerinə yazıldıqdan sonra yarımil və illik qiymətlər avtomatik olaraq hesablanacaq. Qiymət cədvəli. Bəzən müəllimlər summativ qiymətlərin faizlərə uyğun çıxarılmasında çətinlik çəkirlər. Bunu nəzərə alaraq əlavə olaraq bu cədvəlin olmasını vacib hesab etdim. Müəllim yalnız qiymətləndirmə vasitəsində istifadə edilən sual və tapşırıqların ümumi sayını və şagirdlərin cavab verdiyi düzgün sualların sayını yazmaqla qiymət avtomatik olaraq fazilərə uyğun hesablanır. Növbəti 2 bölmədə isə "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT" və illik qiymətlərin çıxarılması ilə bağlı edilmiş dəyişiliklərlə tanış ola bilərlər. https://userscloud.com/k5fvoc1sypjq bu linkdən həm işi, həm də işin təsvirini yükləyə bilərsiniz. Hər kəsə uğurlar!


Geri qayıt

Paylaş


Şərhlər

Səbinə Rəhimova

6 Noy 2015 23:00

Uğurlu olsun Alqış müəllim! Sizin, Vüqar müəllimin əziyyeti  nəticəsində çox müəllimlər uğur qazanıb.


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər