"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Ən zəngin məzmunlu məktəb saytı

Müəllif məktəb 294 | 0 Şərh

Nominasiya: Ən zəngin məzmunlu məktəb saytı


https://bakimektebleri.edu.az/294/

Bakı Şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi 294 nömrəli tam orta məktəb. 2000-ci ildən fəaliyyət göstərir. 2010 - cu ildə əlavə 2 mərtəbəli korpus, 2014-cü ildə 3 mərtəbəli yeni məktəb binası istifadəyə verilib. Məktəbdə hal-hazırda 372 şagird təhsil alir. Şagirdlərin təlim- tərbiyəsi ilə 32 nəfərlik pedaqoji heyət və inzibati heyət məşğul olur.Məktəbdə idman zalı, kitabxana, akt zalı, tibb otağı və bufet var. O cümlədən fizika, biologiya, kimya kabinetləri və 2 kompüter otağı vardır. Məktəb izləmə kameraları ilə təchiz olunmuşdur. Bir neçə sinifdə elektron lövhələr quraşdırılmış və tədris prosesində istifadə olunur. Məktəbimizdə tədris keyfiyyəti ildən - ilə artmaqda davam edir. Beləki , 2013 - 2014 - cü tədris ilinə qədər bir məzunumuz 600 baldan yuxarı toplamışdırsa , 2015 -2016 -cı tədris ilində 600 baldan yuxarı 3 (üç) nəfər toplamışdır. Onlardan bir nəfər 692 bal toplamışdır. 2015 - 2016 cı tədris ilində məktəbimizdə məktəbəqədər hazırlıq kursları fəaliyyət göstərir. Tədris keyfiyyətinin artırılması və potensiallı və istedadlı şagirdlərin aşkara çıxarılması məqsəd ilə 2015 - 2016 cı tədris ilində məktəbimizdə kiçik Akademiya fəaliyyət göstərir. O cümlədən hər ay məktəbdə fənn aylıqları , viktorinalar və şagirdlərin, valideynlərin arzusundan asılı olaraq Ali məktəblərə və tarixi muzeylərə ekuskursiyalar təşkil olunmuşdur
Geri qayıt

Paylaş


Qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər