"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

Yusif Əliyev adına 195 №-li tam orta məktəbin saytı

Müəllif Hüseynova Elnarə | 0 Şərh

Nominasiya: Ən zəngin məzmunlu məktəb saytı


https://bakimektebleri.edu.az/195/

Yusif Əliyev adına 195 №-li tam orta məktəbinin saytı 2014-cü ildən fəaliyyət göstərir. Bu 2 il ərzində bizim bir çox uğurlarımız və nailiyyətlərimiz olub. Saytda ilk öncə məktəbimiz haqqında, adını daşıdığı Milli Qəhrəmanımız Yusif Əliyev haqqında məlumat yerləşdirilib. Eyni zamanda rəhbərlik, pedaqoji heyət, dərs cədvəli haqqında məlumatları burdan əldə etmək olar. Hər il olduğu kimi bu il də fərqlənən, yüksək bal toplayıb ali məktəbə qəbul olan məzunlarımız haqqında məlumatları saytımıza yerləşdirmişik. Məktəbimizdə keçirilən bir çox tədbirlər - "Bilik Günü", "Müstəqllik Günü", "Son zəng" və s., müxtəlif fənlərdən keçirilən gecələr haqqında fotoşəkilləri, videoları saytımızda izləyə bilərsiniz. Hərbi vətənpərvərlik uğrunda, idman sahəsində keçirilən yarışlarda nailiyyətlər qazanmış şagirdlərimizin uğurlarını da sizlərlə bölüşməkdən qürur hissi duyuruq. Ümid edirik ki, bu uğur və nailiyyətlərimiz davamlı olacaq.
Geri qayıt

Paylaş


Qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər