151 nömrəli tam orta məktəbin saytıNominasiya: Ən zəngin məzmunlu məktəb saytı |
https://bakimektebleri.edu.az/151/
Bakı şəhəri Nəsimi rayonu 151 nömrəli tam orta məktəb 1935-ci ildən fəaliyyət göstərir. Məktəbdə tədris iki dildə - Azərbaycan və rus dillərində aparılır. Artıq bir neçə ildir ki, məktəbin rəsmi internet səhifəsi fəaliyyət göstərir. Saytda məktəb haqqında ümumi məlumat, onun pedaqoji və şagird kollektivi barədə statistik məlumatlar, məktəbdə təşkil edilmiş tədbirlər, həmçinin məktəb kollektivinin iştirak etdiyi tədbirlər, məktəbin nailiyyətləri, qabaqcıl müəllimləri və şagirdləri, onların uğurları barədə məlumat əldə etmək mümkündür. Bundan başqa, rəsmi internet səhifədə məktəbin I-XI siniflərinin dərs cədvəli yerləşdirilmişdir ki, bu da valideynlərin cədvəllə tanış olması üçün ən uyğun resurs hesab olunur. Həmçinin, saytda məktəbdə keçirilmiş və məktəb kollektivinin iştirak etdiyi tədbirlərdən foto və videoqalereya nümayiş etdirilir.
Geri qayıt
Qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər