"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

mektebimiz.ucoz.ru

Müəllif Abdullayev Zəfər | 0 Şərh

Nominasiya: Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs


http://mektebimiz.ucoz.ru/

Haqqımızda Ələkbər Əliyev adına 204 nömrəli tam orta məktəb Bakı Şəhəri 204 nömrəli tam orta məktəb 1981- ci ildə (Azərbaycan bölməsi) fəaliyyətə başlamışdır. Layihə (şagird sayı) -1176 yerlik. 204 nömrəli tam orta məktəbə 15 aprel 1994-cü il tarixdən Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ələkbər Həsən oğlunun adı verilmişdir. Cari dərs ilində məktəbdə 1184 şagird 52 sinifdə komplektləşdirilmişdir.Pedaqoji heyətin 121 üzvü var.Məktəb 5/6 günlük iş rejimi ilə,2 növbəli fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu tədris ilində məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbin 3 müəllimi "Əməkdar müəllim" adına layiq görülmüşdür. Məktəb 2014 - cü ildə əsaslı təmir olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəhcamı ilə 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 2 komputer otağı var. Siniflər müasir texnoloji avadanlıqlarla təmin olunub. 1994-cü ildə 11-ci sinifdə test imtahanını ilk dəfə bu məktəbdə keçirilib. Saytımızda məktəb tədbirləri,açıq dərslər, məktəb şəkilləri, məktəb xəbərləri və s. yerləşdirilib.
Geri qayıt

Paylaş


Qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər