"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu

"Yarpağın hüceyrəvi quruluşu"mövzusunda istilik mübadiləsi və buxarlanma zamanı ayrılan temperatur,rütubət dəyişkənliyinin labdisc qurğusu vasitəsilə müşahidəsi

Müəllif suleymanova aynur | 0 Şərh

Nominasiya: II Nominasiya. Ən yaxşı təlimçi işi

FAYL -

https://youtu.be/cDzxjU9kmOI

Təcrübəni aparmaq üçün bizə labdisc qurğusu , labdiscin xarici temperatur sensoru , kompyuter , USB kabel , otaq bitkisi , kolba , ştativ ,elektrik lampası , pambıq lazımdır. İşə başlamaq üçün kompyuterə Globilab proqramı yüklənməlidir. Sonra kompyuterlə labdisc qurğusu arasında əlaqə yaratmaq lazımdır .Bu zaman USB kabeldən istifadə olunur. Kompyuter qurğunu tanıdıqda ekranın sağ aşağı küncündə USB indikatoru boz rəngdən göy rəngə çevrilir. Globilab proqramının yuxarı panelindən "Setup"rejiminə daxil olub təcrübə üçün lazım olan parametrləri seçirik- temperatur və rütubət ( 1/s ;1000 nüm. ).Sonra kolbanı dibi yuxarı ştativə bərkidirik . Otaq bitkisinin yarpaqlı budağını və labdiscin xarici temperatur sensorunu kolbaya yerləşdirib,kollbanın ağzını pambıqla bağlayırıq.Sonra Globilab proqramında "Run"piktoqramını aktivləşdiririk.Bu zaman qurğu məlumatları toplamağa başlayır.Kompyuterin ekranında qırmızı rəngli - temperatur ,göy rəngli isə rütubət qrafiki görünməyə başlayır. Bildiyimiz kimi transpirasya prosesi işığın təsirindən sürətlənir .Bunu müşahidə etmək üçün elektrik lampasından istifadə edirik. Bu zaman temperatur artıir , bu isə rütubətin artmasına səbəb olur. Təcrübənin vaxtını artırsaq kolbanın divarlarında əvvəlcə buxar, sonra isə su damcıları görünməyə başlayacaq.Nəticəni əldə etdikdən sonra Globilab proqramında "Stop"rejimini seçirik,yəni məlumatların toplanması dayanır.Aldığımız qrafikləri yaddaşda saxlayıb üzərində proqramın piktoqramlarından istifadə etməklə müəyyən əməliyyatlar aparırıq. Təcrübə nəticəsində labdisc qurğusu vasitəsilə yarpardan suyun və istiliyin ayrılmasını . eyni zamanda temperatur artıqda rütubətin də artdığını müşahidə etdik . http://we.tl/OcN54dk8Oz- bu link apardığım təcrübənin video görüntüsüdür
Geri qayıt

Paylaş


Qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər